Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

Azərbaycan iqtisadiyyatı silkələnməkdə davam edir və Mərkəzi Bankın vəziyyətdən çıxış yolu tapması üçün variantlar tükənir

Azərbaycan iqtisadiyyatı silkələnməkdə davam edir və Mərkəzi Bankın vəziyyətdən çıxış yolu tapması üçün variantlar tükənir.

Bu barədə Bloombergin hazırladığı təhlildə deyilir ki, kredit verənlərin sayı azalıb, manat zəifləməkdə davam edir və Azərbaycanın valyuta ehtiyatları Ukraynanın beynəlxalq ehtiyatları qədər zəifdir.

Mərkəzi Bankın faizləri üç həftədən də qısa müddətdə iki dəfə qaldırmasına baxmayaraq, 2015-ci ilin fevralından çəkisini 52 faiz itirən və dünyanın ən pis valyutası sayılan manat Danske Bank A/S və SEB AB-nin təxminlərinə görə daha 10 faiz zəifləyib.

Məqalədə deyilir ki, Mərkəzi Bank gah o yana, gah da bu yana ləngər vuran siyasət yürüdür.

“Bu həmin bankdır ki, milli valyutanın devalvasiya olunmayacağaını vəd etdikdən sonra onu devalvasiya edib, məzənnəni sərbəst buraxdığını elan etsə də, maliyyə bazarından çəkilib getmək bilmir” – yazır “Bloomberg”.

Manatı neft qiymətləri də diriltmir

Bu da vurğulanır ki, neft qiymətlərinin son günlərdəki dirçəlişi manatı təsirləndirməyib. Bakıdakı İqtisadi Təşəbbüslər Mərkəzinin təhlilçisi Samir Əliyev deyib ki, manatın bazarında sabitlik yaranması üçün neft qiymətlərinin 50 dollardan yuxarı olması lazımdır.

Bu həmin bankdır ki, milli valyutanın devalvasiya olunmayacağaını vəd etdikdən sonra onu devalvasiya edib, məzənnəni sərbəst buraxdığını elan etsə də, maliyyə bazarından çəkilib getmək bilmir

İqtisadi və Sosial İnkişaf Mərkəzindən Vüqar Bayramov deyib ki, hökumət manata etimadı bərpa etmək istəyirsə, Mərkəzi Banka etimadı bərpa etməlidir.

Bayramov bildirib ki, Mərkəzi Bank valyuta ehtiyatlarının tükənməməsi naminə gec-tez maliyyə bazarından çıxmağa məcbur olacaq, hərçənd bunun nə vaxt baş verəcəyi bilinmir.

“Bloomberg” yazır ki, neft qiymətlərinin qalxması manatı dirçəldə bilməyib, əksinə, milli valyuta bu ay dollara nisbətdə 4, 6 faiz ucuzlaşaraq, bu istiqamətdə yeni “qlobal rekord” vurub.

İdarə olunan üzən məzənnə?

Stokholmda mənzillənmiş SEB (Skandinaviska Enskilda Banken) bankından Per Hammarlund deyir ki, Azərbaycan “idarə olunan sərbəst məzənnəyə” ötən dekabrda keçib, adamlar isə pullarını xarici valyutaya çevirməkdə davam edirlər.

Fitch agentliyinin məlumatına görə dekabr ayında dollar əmanətlərinin payı 85 faizə çatıb.

“Bloomberg”in yazdığına görə, Fitch hazırda manat üçün daha bir devalvasiya proqnozlaşdırmasa da, perspektiv kifayət qədər risklidir.

Neft qiymətlərinin qalxması manatı dirçəldə bilməyib, əksinə, milli valyuta bu ay dollara nisbətdə ucuzlaşmaqda yeni “qlobal rekord” vurub

Fitch təhlilçilərindən Krisjanis Krustins deyib ki, manatı sərt ucuzlaşmadan saxlamaq üçün Mərkəzi Bank xarici valyuta auksionları, bank faizləri və hətta “daha sərt ssenaridə” kapital nəzarəti kimi alətlərə əl atmalı ola bilər.

“Məzənnə ilə bağlı nəzərəçarpacaq qeyri-müəyyənlik var, - deyib Krustins, - Ötən həftənin faiz artımı, habelə fevral ayı üçün ehtiyatların azalması, məzənnə üzərinə hələ də güclü təzyiqin olduğunu nümayiş etdirir”.

Bu da xəbər verilir ki, azalan neft gəlirlərinin yerini doldurmaq üçün Dövlət Neft Fondu mart ayında satışa çıxarılan valyutanı ikiqat artıraraq 368 milyon dollara çatdırıb.

“Yumşaq devalvasiya”

İqtisadi Təşəbbüslər Mərkəzinin təhlilçisi Samir Əliyev deyib ki, hökumət manatın məzənnəsini saxlamaq siyasətini davam etdirərsə, əsas ağırlıq Neft Fondunun üzərinə düşəcək.

Ekspert bildirib ki, Mərkəzi Bank valyuta ehtiyatlarının qorunması məqsədilə manatın “yumşaq devalvasiyasına” da gedə bilər.

Oxford Economics Ltd araşdırmalar firmasının təxminlərinə görə yanvar ayında Azərbaycan Mərkəzi Bankının 3 aylıq idxal ödənişləri ehtiyatı qalmışdı.

Londondakı Oxford Economics firmasından Patrick Dennis deyib ki, Azərbaycanda maliyyə və tədiyə ödənişləri böhranı riski artmaqda davam edir.

Onun sözlərinə görə, bu vəziyyət neft qiymətlərinin aşağı olması ilə bağlıdır.

18 dollar da deyən var, 50 dollar da

Bu arada neft bazarlarında qiymətlərin yaxın perspektivləri barədə ziddiyyətli proqnozlar verilir.

Bir sıra təhlilçilər, o cümlədən Beynəlxalq Enerji Agentliyi neft qiymətlərinin dibinin “ola bisin çatdığını” söyləyirlər.

Bunun bir səbəbi İranın bazara hələlik vəd etdiyi qədər neft çıxara bilməməsidirsə, digər səbəb martın 20-si üçün gözlənilən OPEC-qeyri-OPEC ölkələrinin görüşü barədə şayiələrdir.

Bununla belə, Again Capital firmasından tanınmış ABŞ eksperti John Kilduff deyib ki, neft qiymətlərinin “qiyamət günü” təhlükəsi sovuşmayıb.

Ekspert bildirib ki, neft qiymətlərini müvəqqəti dirçəldən hələlik yalnız söz-söhbətdir və onun bir barrel üçn 18 dollar ssenarisi masa üstündə qalır.

Digər tərəfdən RBC Capital Markets-dən Helima Croft deyir ki, hasilatçıların qiymətə təsiri tamamilə realdır və ilin sonunadək neft qiymətləri 50 dollara yüksələ bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG