Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

-

Dövlət Neft Fondu (DNF) Azərbaycan Beynəlxalq Bankında (ABB-də) birillik müddətə 4 faizlə bir milyard dollarlıq depozit yerləşdirib. Fonddan bildiriblər ki, “DNF ABB-yə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 2.1.3.-cü bəndinə uyğun olaraq yerləşdirilib” (Fins.az). ABB-dən isə deyiblər ki, DNF-nin bu addımı xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Əslində, DNF vəsaitlərinin yerli banklarda yerləşdirilməsi yeni məsələ deyil. Ancaq burda başlıca niyyət bankların xarici borclarının ödənilməsi də sayıla bilməz. Məqsəd - ucuz vəsaitin yerli banklarda yerləşdirilməsi və nəticədə, kreditlərin faiz dərəcəsinin aşağı düşürülməsidir. Vaxtilə prezidentin də bu barədə tapşırığı olub. Artıq fonddan bildiriblər ki, hazırda DNF-nin digər yerli banklara depozit qoyuluşu planları yoxdur.

“Fond qaydalara uyğun davranmayıb”

Qubad İbadoğlu

Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, DNF-nin ABB-də bir milyard dolları bir il müddətinə depozitə qoyması fondun “Valyuta vəsaitinin saxlanilmasi, yerləşdirilməsi və idarə edilməsi haqqinda Qaydalar”ının tələblərinə tam cavab vermir: “Bu qərarın istinad olunduğu “Qaydalar”ın 2.1.3-cü bəndində aydın yazılıb ki, DNF-nin daxili maliyyə bazarında tərəfdaşı onun məcmu kapitalının səviyyəsi baxımından ən iri və ya kredit reytinqinə görə, daxili maliyyə bazarında ən etibarlı sayılan kommersiya bankları ola bilər. ABB hazırda kredit reytinqi baxımından daxili maliyyə bazarında ən etibarlı sayılan kommersiya bankı sayıla bilməz. Çünki ABB-nin problemli kreditlərinin sağlamlaşdırılması prosesi getsə də, bu bank reputasiyasına və problemli kreditlərinin məbləğinə görə daxili bazarda reytinqi korlanmış bank sayılır”.

“DNF-nin bu qərarı çox riskli və təhlükəlidir”

Ekspertin qənaətincə, Azərbaycan iqtisadiyyatının indiki durumu və bank-maliyyə sektorunda qərarlaşmış neqativ tendensiyalar daxili bazarda sərmayələrin risklərini getdikcə artırır: “Sözügedən qaydaların 1.2. bəndində birmənalı göstərilir ki, fondun valyuta vəsaitinin yönəldilməsi DNF-nin valyuta vəsaitinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır. Burda isə təhlükəsiz saxlanma prinsipi pozulub. Ona görə də DNF-nin bu qərarı çox riskli və təhlükəlidir”.

Q.İbadoğlu inanmır DNF-nin müstəqil qərar verdiyini inanmır: “Fikrimcə, qərar siyasi xarakter daşıyır və ABB-ni indiki çətin maliyyə durumundan xilas etməyə hesablanıb. Bu qərarın verilməsində fondun deyil, ABB-nin maraqları üstün olub”.

Samir Əliyev

Samir Əliyev

Ekspert Samir Əliyev başqa bir məqama diqqət çəkir. Onun fikrincə, beləcə, *

“Bu, banklar arasında ayrıseçkilik yaradır”

S. Əliyev deyir ki, fondun ölkə banklarında xarici valyutada depozit yerləşdirməsi yaxşı haldır: “Bu, həmin bankları xarici valyutayla təmin etməklə yanaşı, valyuta bazarında gərginliyi azalda bilər. Ancaq DNF resurslarının yalnız dövlət bankı olan ABB-yə yerləşdirilməsi bank sektorunda rəqabət prinsipini pozur və banklar arasında ayrıseçkilik yaradır”.

“Kim təminat verir ki…”

Ekspert digər kredit təşkilatları ilə müqayisədə ABB-nin həmişə xüsusi imtiyazlara malik olduğunu vurğulayır: “Hətta bu imtiyazların müqabilində bank milyardlarla zərərə düşüb. Dövlət banka həm manat, həm də dollar dəstəyi verir, halbuki başqa banklara bu qayğıdan bir damla pay düşür. Digər tərəfdən depozit yerləşdirən də, cəlb edən də dövlət bankıdır. Belə vəziyyətdə gələcək nəsillərin puluna sərəncam verənlərlə həmin vəsaiti xərcləyənlər niyə bu işi gizlincə aparır? Kim təminat verir ki, həmin vəsaitlərin taleyi əvvəlkilər kimi olmayacaq?”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG