Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:52

Maltada təyyarə qəzasında ölənlər fransalılardır


Maltada təyyarə qəzası,ölənlər var
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Maltada təyyarə qəzası,ölənlər var

Oktyabrın 24-də səhər Maltada kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb, 5 nəfər ölüb.

Şahidlərin sözlərinə görə, təyyarə havaya qalxdıqdan az sonra sağ qanadı üstə yerə çırpılıb.

Hadisə yerinə dərhal həkimlər, xilasedicilər və polislər göndərilib.

İlk olaraq məlumat yayılıb ki, ölənlər arasında Avropa Birliyinin sərhədlərin təhlükəsizliyi üzrə agentliyi - Frontex-in əməkdaşları da var.

Amma Frontex Tvitter hesabında belə məlumatları təkzib edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqerini də bu uçuşun Avropa Birliyinin fəaliyyəti ilə heç bir bağlılığı olmadığını bəyan edib.

“Malta Times” saytı ölənlərin fransalılar olduğunu yazır.

Bu təyyarə qəzası İkinci Dünya müharibəsindən sonra cırtdan ölkə Maltada baş verən ən ciddi qəza hesab olunur. Qəzaya düşən kiçik mühərrikli təyyarə 10 nəfər daşıya bilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG