Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:02

'Bu zavallılar 20 ildə etmədiklərini bir aya necə edəcəklər?'


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Son vaxtlar yaradılan iqtisadi qurumlara Maliyyə Sabitliyi Şurası da artırıldı. Məqsəd – rəsmi versiyaya görə, ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirmək və maliyyə dayanıqlılığını təmin etmək və bu sahədə əlaqələndirilmiş siyasət gerçəkləşdirməkdir. Şuranın sədri baş nazir Artur Rasizadədir.

«NAZİRLƏR KABİNETİ VARKƏN...»

«Nazirlər Kabineti varkən, növbəti koordinasiya qurumuna ehtiyac varmı» sualı dərhal ağla gəlir. Axı Nazirlər Kabinetinin əsas vəzifələrindən biri dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdir.

Şuranın vəzifələri çox, ancaq icraya verilən müddət bir aydır.

ŞURANIN VƏZİFƏLƏRİ:

bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətinin təhlili;

qanunvericilik bazasının ekspertizasının həyata keçirilməsi;

maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə, gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması;

makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı orta perspektivdə atılacaq addım və icra mexanizmlərinə dair təkliflərin prezidentə təqdim edilməsi.

Buna da bax: Artur Rasizadə - ən yaşlı baş nazir

«BİR AYLIQ MÜDDƏT... QEYRİ-CİDDİ GÖRÜNÜR»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, bütövlükdə götürəndə, qurumun səlahiyyətləri tam aydın deyil: «Şuraya hökumətin iqtisadi blokunun rəhbərləri daxil edilib. Başda baş nazir. Əslində, qoyulan vəzifələri hökumətdə də həll edə bilərdilər».

Ekspert deyir ki, hər bir halda quruma verilən bir aylıq müddət çox az və qeyri - ciddi görünür: «20 ildən çox müddətdə edə bilmədiklərini bu zavallılar bir aya necə edəcəklər? Qoyulan problemlərsə böyükdür. Təki həll edə bilsinlər, sevinərik ancaq».

«ŞƏFFAFLIQ YOXDURSA, HƏR ŞEY ƏBƏSDİR»

Hazırda maliyyə sabitliyinə Maliyyə Bazarlarına Nəzarət Palatası cavabdehdir. Ancaq indiyədək buna məsuliyyət daşıyan Mərkəzi Bank da bir ildən çoxdur ki, öz ənənəvi icmalını açıqlamır. Ə.Həsənov bildirir ki, Palata şəffaf fəaliyyət göstərməlidir:

«Hesabatı gizlətmək adi hala çevrilib. Etimadı bərpa etməkdən ötrü şəffaf olmaq lazımdır. Şəffaflıq yoxdursa, nə istəyirsən yarat, - əbəsdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG