Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:00

İranın qadın millisində 8 kişi var


Iranda qadın futbol millisinin üzvü

Iranda qadın futbol millisinin üzvü

►Iran İslam Respublikasının qadınlardan ibarət futbol yığmasının 8 üzvü kişidir.

Onların cinsini dəyişmək üçün əməliyyat olunduqları və hazırda prosesin davam etdiyi bildirilir.

Bu barədə yerli mətbuata İran futbol liqasına yaxın rəsmilərdən biri Mojtabi Sharifi məlumat verib.

Hələlik onların adları açıqlanmır.

Ölkənin futbol Assosasiyası buna görə tənqidlə üzləşib.

Hakim dairələr ötən çərşənbə günü bütün milli komanda və aparıcı oyunçuların gender testindən keçməsini tələb edib.

Buna da bax: Xədicəyə və Leyla Yunusa görə seçkidən imtina etdi

“The Telegraph” qəzeti İran qadın millisinin Tehranda Malvan Anzali klubu ilə keçirdiyi yoldaşlıq görüşündən fotoları yayıb.

Qeyd edək ki, İranda qadın futbolçular hicabda və uzunqol geyimdə oynayırlar.

Iranın qadın futbol millisi məşq edir

Iranın qadın futbol millisi məşq edir

2014-cü ildə komandanın 4 oyunusunun əməliyyat altında olması və ya cinsi pozuntudan əziyyət çəkdikləri bəlli olduqdan sonra ölkənin futbol federasiyası xüsusi yoxlama aparıb.

Həmçinin 2010-cu ildə komandanın qapıçısının qadın olması şübhə doğurub.

Qeyd edək ki, İranda əməliyyatlacinsi dəyişmək qanunidir və İran inqilabının ali dini lideri Ayatollah Ruhollah Khomeini bununla bağlı xüsusi fətva verib.

Buna da bax: "Həzərat, bütün kommunal xidmətlər bahalaşacaq"

İranda cinsi dəyişmək adətən bir neçə mərhələ üzrə aparılır və hormonal terapiya da daxil olmaqla ümumi proses 2 il çəkir.

Ölkədə qadınların meydanda kişi komandaların oyununa baxması qadağan olunsa da futbol qadınlar arasında çox sevilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG