Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Kanadadan Azərbaycanda heyvandarlığın inkişafına dəstək


Mal-qara (arxiv fotosu)

Mal-qara (arxiv fotosu)

“Kanada hökuməti Azərbaycana cins mal-qara ixrac etmək yolu ilə heyvandarlığın inkişafına kömək etmək niyyətindədir”.

Kanadanın İstanbuldakı ticarət nümayəndəsi Barış Satar belə deyib. O, Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi seminara qatılıb.

Onun sözlərinə görə, Kanadadakı heyvanlarda xəstəlik olması ehtimalı azdır. İstənilən halda onlar Azərbaycana gətirilməzdən əvvəl sağlamlıq testindən keçirilə bilər. Kanada heyvanların keyfiyyətinin artırılmasında Azərbaycana texniki dəstək də verə bilər.

“Seminarın məqsədi Kanada istehsalçılarının marağının artırılması, bu sahədə iri holdinqlər və hökumətlə əməkdaşlıqdır. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə də görüşüb müzakirələr aparacağıq”, - deyə Satar bildirib.

Buna da bax:​ Ticarət Palatası düzəlişi alqışlayır

Sözügedən seminarı təşkil edən “AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyası hesab olunur. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.

“AmCham” Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, Kanada ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1 oktyabr üçün 46,92 milyon dollar olub. Kanadadan idxal 11,6 milyon təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG