Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:57

Balaca dövlətlərin gücü


Paytaxt Skopye
Paytaxt Skopye

Məsələn, Makedoniya kimi balaca ölkə ABŞ üçün niyə maraqlı ola bilər? ABŞ-da nəşr olunan «The Hill» qəzeti bu suala cavab verməyə çalışır.

Qəzet yazır ki, Makedoniya, Slovakiya kimi kiçik ölkələr son zamanlar böyük dövlətlərin etmədiyini edir. Bu ölkələrin sakinlərinin biznes, artım və sahibkarlığın inkişafından ötrü vacib mühitin yaradılmasına səbəb olan sahibkarlıq ruhu var.

GRUEVSKI KİMLƏRLƏ GÖRÜŞÜB

«Gəlin Makedoniyaya baxaq», - deyə müəllif diqqəti bu ölkəyə yönəldir və Makedoniya liderinin bu ölkəni böyük biznes mərkəzinə çevirmək planının olduğunu vurğulayır. Cəmi 2 milyon əhalisi olan Makedoniya müstəqilliyini qazanandan, 1991-ci ildən bəri iqtisadiyyatını sürətlə inkişaf etdirib, özünə güclü xarici müttəfiqlər tapıb. İndi də Avropanın qaçqın böhranının yumşaldılmasında mühüm rol oynayır.

Müəllif diqqəti Makedoniyanın keçmiş baş naziri Nikola Gruevski-nin bu yaxında gerçəkləşdirdiyi səfərlərə çəkir. Gruevski Birləşmiş Ştatlara, Almaniyaya gedib və bu ölkələrdə məhz işini bilən siyasətçilərlə, akademiklərlə, əsas qərar sahibləriylə görüşüb. O, ABŞ-da Xarici Əlaqələr Şurasının prezidenti Richard Hass-la, ABŞ dövlət katibinin müavini, konsultant Wendy Sherman–la, elmi araşdırma mərkəzlərinin ekspertləri, QHT peşəkarlarıyla, Berlində dövlət katibi Jens Spahn-la, federal nazir Christian Schmidt-lə və başqalarıyla görüşərək, Makedoniyanın üzləşdiyi problemləri müzakirə edib. O, həmin görüşlərdə həm də Avropanın bəzi problemlərinin həllindən ötrü özünün yeni yollarını təklif edib. Makedoniyanın dəyərli müttəfiq obrazını yaratmaqla siyasi, sosial, iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunaraq həm də özünün beynəlxalq imicini formalaşdırıb, yenidən seçilmək şansını artırmış olub.

1.72 MİLYARD DOLLARLIQ SƏRMAYƏ

«The Hill» qəzeti yazır ki, Makedoniya hökuməti infrastruktura sərmayə qoymaqla və azad iqtisadi zonalar yaratmaqla beynəlxalq aləmə biznesə açıq ölkə olduğunu göstərib. Nəticədə birbaşa xarici investisiyaların populyar məkanına çevrilib. Xarici investorlarla əməkdaşlıq, peşəkar işçi qüvvə və təşəbbüskar hökumətin kombinasiyası Makedoniyanın beynəlxalq biznesə yolunu açıb. 2009-cu ildən 2014-cü ilə qədər xarici şirkətlər bu ölkəyə 1.72 milyard dollarlıq sərmayə qoyub. BMT-nin sərmayə haqda hesabatları Makedoniyaya marağın hələ artmaqda olduğunu göstərir.

Makedoniya həm də dünyada vergilərin ən aşağı olduğu ölkədir və vergiləri qaldırmadığından rəqabətlilik qabiliyyətini saxlayır.

Müəllif yazır ki, yeni qlobal mühitə doğru irəliləyən Makedoniya və onun liderləri son 10 ildə nail olduqları inkişaf xətt üzrə hərəkət etməlidirlər; Makedoniya, Sloveniya və başqa bu kimi ölkələr iqtisadi artımı davam etdirməli, regionda güclü lider mövqeyi tutmalı, xarici investisiya üçün mərkəz imiclərini gücləndirməlidirlər. İndi belə ölkələrin dövranıdır.

XS
SM
MD
LG