Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

►​“Əhməd Rəcəbli küçəsi, 46 ünvanında əlil və şəhid ailələri üçün tikilən evin ətrafını məmurlar zəbt edib. Yerində kommersiya obyektləri, villalar tikiblər”.

Birinci qrup Qarabağ əlili Məğrur Bədəlsoy Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun binaya gəlməsini tələb edir. Deyir, hətta əlillər yığışıb bu tələblə Bakı Şəhər İcra Hakimiyyətinə məktub da yazıblar.

“DAYANACAQDA YALNIZ MƏMUR MAŞINLARI DAYANIR”

Deyir, Qarabağ əlilləri üçün nəzərdə tutulan və 2009-cu ildən Nərimanov rayonu, Əhməd Rəcəbli 46 ünvanında tikilən bina yaşamağa yararsız vəziyyətdədir. Ərazidə əlillər üçün pandus, kanalizasiya sistemi, televiziya ötürücüsü və tikilən binada qaz yoxdur. Üstəlik, binanın ətrafındakı ərazi də zəbt olunub, kommersiya obyektləri və villalar tikilib:

“Reabilitasiya məqsədilə əlillərə verilən evin nə pandusu, nə kanalizasiyası, nə istirahət guşəsi, nə də yaşıllığı var. Nazirlər Kabinetinin qərarı var ki, əlillərin kompakt yaşadıqları ərazilərdə mütləq işıqfor qoyulmalı, piyada zolağı çəkilməlidir. Burada isə piyada yolu, yeraltı, yaxud yerüstü keçid qoyulmayıb, dayanacağı isə əlimizdən alıb özlərinin şəxsi dayanacağa çeviriblər. 5 ildir ki, dayanacaqda yalnız “AA”, “PP” nişanlı maşınlar dayanır – yəni məmur maşınları... Əlillərə verilən evlər reabilitasiya-müalicə müəssisələrinə yaxın olmalıdır, bizim ev isə tikinti meydançasına dönüb, əlillər qeydiyyatda olduqları poliklinikalara da gedə bilmirlər. Evin yaxınlığında 20 saylı Mənzil İstismar Sahəsi olsa da, əlilləri yaşayış yerindən uzaqda yerləşən 30 saylı Mənzil istismar Sahəsinə yollayırlar”.

Şikayətçi deyir, ”Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə, əlillərə sahibkarlıq, qaraj tikintisi üçün yer ayrılmalıdır. Ancaq icra hakimiyyəti buna görə müraciət edən əlillərə “yer yoxdur” cavabı verir. Kənardan gələn iş adamlarına isə ərazidə tikinti aparmağa yer tapılır:

“İcra hakimiyyəti binanın ətrafını satıb. Hazırda ərazidə villa tikintiləri davam edir. Bizə çatanda isə qaraj tikməyə bir qarış yer tapılmır”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“KÜÇƏ ƏLİLLƏRİN DEYİL Kİ...”

Nərimanov rayon icra hakimiyyətindən bildiriblər ki, Məğrur Bədəlsoy AzadlıqRadiosuna danışdıqlarını ayda azı bir dəfə quruma yazır. Ancaq qurum bu yazılanları ciddi qəbul eləmir:

“Orada əlillər üçün hər cür şərait yaradılıb. Ola bilsin ki, bəzi çatışmazlıqlar var, onları da araşdırıb, siyahıya alıb, aradan qaldırarıq. Ancaq, ümumilikdə, problemlər çox şişirdilib. Tikintilərə gəlincə, əlillərin binasının yaxınlığında hər hansı tikintinin aparılması qadağan deyil. Bina əlillərindir, küçə əlillərin deyil ki... Bütün tikintilər Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq icazəsi ilə aparılır”.

Əlillər isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu yaşadıqları binaya Novruz qonaqlığına dəvət edirlər:

“Hacıbala müəllimi yaşadığımız binada gözləyirik. Ona necə lazımdırsa, qonaqpərvərliyimizi göstərəcəyik. Gəlsin, həm güzəranımızla tanış olsun, həm də təbriklərimizi qəbul eləsin. Əgər gəlməsə... Onda biz onun qapısına papaq atmalı olacağıq”.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG