Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Müxalifətin çoxluğa malik olduğu Venesuela parlamenti konstitusiyanı pozduğuna görə prezident Nicolas Maduronun mühakimə olunmasına səs verib.

Ötən həftə cənab Maduronu vəzifəsindən kənarlaşdırmaq üçün keçirilməli olan referendum ləğv olunmuş, prezidentin özü isə Azərbaycan da daxil, Avrasiya səfər turuna çıxmışdı.

Lakin hökumət bildirib ki, parlament səsverməsinin heç bir mənası yoxdur, çünki bundan əvvəl keçirilmiş məhkəmə parlamentin özünün qeyri-legitim olması barədə hökm çıxarıb.

Prezident Maduro millət vəkillərini ‘çevriliş’ cəhdində ittiham edib.

Xəbər verilir ki, bu səsvermədən əvvəl iqtidar və müxalifət böhran danışıqlarına başlamaq barədə razılığa gəlmişdilər.

Nicolas Maduro ötən həftə Bakıda İlham Əliyevlə görüşüb

Nicolas Maduro ötən həftə Bakıda İlham Əliyevlə görüşüb

Müxalifət Maduronun mühakimə edilmək üçün bir həftə ərzində parlamentə gəlməsini tələb edib.

Ali Məhkəmənin hökmündə deyilirdi ki, referendum keçirilməsi üçün səslərin pulla alınmasında ititham edilən üç millət vəkili mandatlarından imtina edənədək parlament qeyri-qanuni hesab olunacaq.

Bununla belə müxbirlər bildirirlər ki, Maduroya qarşı hər hansı bir tədbir indi real görünmür.

Digər tərəfdən Maduro müxalifəti xarici qüvvələrə, ilk növbədə ABŞ-a qulluq etməkə ittiham edib.

Müxalifət, keçmiş avtobus sürücüsü Maduronu Venesuelada yaranmış acınacaqlı vəziyyətə görə ittiham edir.

Neft qiymətlərinin kəskin düşməsi əsas gəlir mənbəyini neft təşkil edən Venesuelada kəskin ərzaq çatışmazlığına səbəb olub.

Bəzi günlər mağazalarda hətta çörəyin tapılmadığı deyilir.

Bir çox təhlilçilər yazırlar ki, Maduro ümidini ‘neft qiymətlərini qaldıracaq möcüzəyə’ bağlayıb.

Bakı görüşü zamanı neft qiymətlərinin düşməsindən iqtisadi çətinliklıər yaşayan Azərbaycanın prezidenti İlham Əliyev hazırkı neft qiymətini ‘ədalətsiz’ adlandırmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG