Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

Neftin qiyməti 'fontan vura' bilər?- Razılaşma gözlənir


Nicolas Maduro və Mohammad Javad Zarif
Nicolas Maduro və Mohammad Javad Zarif

“Neft istehsal edən ölkələr bazarda vəziyyətin sabitləşdirilməsi üçün razılaşmaya yaxındırlar”.

Bunu Venesuela prezidenti Nicolas Maduro yerli televiziya ilə yayımlanan mətbuat konfransında deyib:

“Deyə bilərəm ki, OPEC-ə daxil olan və olmayan ölkələr arasında razılaşmaya yaxınıq. Ümid edirik ki,bazarı sabitləşdirmək, həmçinin neftin qiymətini qaldırmaq və sabitləşdirmək üçün bu ay razılaşma əldə olunduğunu elan edə biləcəyik”.

Maduro bunu “Qoşulmama hərəkatı”nın Venesuelanın Marqarita adasında keçirilən sammitindən sonra deyib.

Onun sözlərinə görə, Venesuela tərəfi sammitdə iştirak edən OPEC üzvləri ilə çox yaxşı danışıqlar aparıb:

“İran prezidenti Hasan Rohani və Ekvador prezidenti Rafael Korrea da daxil olmaqla digər tərəfdaşlarımızla uzun və ikitərəfli görüşümüz oldu”.

Maduranın sözlərinə görə İran prezidenti Rohani ölkəsinin zəruri və ədalətli qaydada neft bazarının sabitləşməsinə tövhə verməyə hazır olduğunu deyib.

O bunun, çox vacib və yaxşı xəbər olduğunu qeyd edib.

Bu il sentyabrın 26-28-də Əlcəzairdə Beynəlxalq energetika forumu keçiriləcək.

Məlumatlara görə, neft istehsal edən ölkələr sammitdə hasilatın həddinin dondurulmasını müzakirə edə bilərlər.

Bunun təşəbbüskarı Venesuela, Ekvador və Küveytdir.

Bu məsələ bundan əvvəl-aprelin 17-də 18 ölkənin iştirakı ilə Dohada keçirilən toplantıda müzakirə olunub.

Amma İran, ona qarşı beynəlxalq sanksiyaların təzəcə qaldırılmasını əsas gətirərək görüşə qatılmadığından, tərəflər həmin vaxt razılığa gələ bilməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG