Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Məşhur amerikalı müğənni-pop ulduzu Madonna Demokrat partiyasından prezidentliyə namizəd Hillary Clintonu dəstəkləyəcək.

O, pərəstişkarlarını noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkisində Hillary Clintona səs verməyə şövqləndirmək üçün sentyabrın 28-də özünün İnstaqram səhifəsində çılpaq şəklini yerləşdirib.

58 yaşlı pop ulduzu həmçinin “2015 Brit Awards” dakı çıxışından olan fotosunu Hillary Clintonun şəkili ilə fotoşop edərək öz səhifəsinə yerləşdirib.

Şəkilin altında yazılır: “Bəli mən intelektə səs verəcəm. Qadınların bərəbərhüquqluluğuna səs verəcəm.İndi onlar çıxıb bir-birilərinə dəstək olmalıdırlar. Çıxın və səs verin”.

Qeyd edək ki, Madonna bundan əvvəl Respublikaçılar partiyasından prezidentliyə digər namizəd Donald Trampın oğullarını İstaqram səhifəsində kəskin tənqid eləmişdi.

Buna səbəb Donald Con və Erikin Afrikada çəkdirdikləri şəkil olub.

Onların ovladıqları bəbirlə çəkdirdikləri şəkil Madonnanı cinləndirib və onu paylaşaraq "Bu nəcib heyvanı idman üçün öldürməliydinizmi? Hillariyə səs vermək üçün başqa bir səbəb!"- deyə yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG