Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

“MTN əməkdaşlarının 99 faizinin fəaliyyəti təmizdir”

“MTN əməkdaşlarının 99 faizi təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.

APA-nın məlumatına görə, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.

O bildirib ki, MTN-də çalışan bir neçə nəfər cinayət törədib və bu gün onların əməllərinə hüquqi qiymət verilir:

“Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun alidir, hər kəs cinayət edəndə bilməlidir ki, gec-tez əməlinə hüquqi qiymət veriləcək, o,törətdiyi cinayətə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.

Mədət Quliyev qeyd edib ki, KİV-də yayılan müxtəlif neqativ məlumatlar MTN-in bütün kollektivinə aid edilə bilməz.

Nazir müavini bir neçə gün əvvəl ölkədə baş vermiş internet probleminə də toxunub.

O bildirib ki, bu günlərdə internetin kəsilməsi “Delta Telekom” da qısaqapanma nəticəsində baş verən yanğına görə baş verib və hadisənin hər hansı aksiya və ya terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur.

Həmçinin bax - AzadlıqRadiosunun Youtube kanalından izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG