Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:55

Mindən artıq Rusiya idmançısı dopinq qəbul edib


WADA Dünya AntiDopinq Agentliyinin müstəqil komissiyasının 9 dekabr tarixli hesabatında deyilir ki, idmanın 30 növü üzrə çıxış edən mindən çox Rusiya idmançısı dopinqdən istifadə edib.

Richard McLaren-nin rəhbərlik etdiyi komissiyanın Rusiya idmanına dair ikinci hesabatında deyilir ki, 2014-cü il Soçi Olimpiadasının 44 medalçısından 12-sinin qan nümunələri möhürsüz gəlib, 6 Rusiya paralimpiyaçısının isə qan nümunələri saxta çıxıb.Komissiya ümumilikdə Rusiyanın 15 Soçi medalçısının dopinq yoxlamalarının saxtalaşdırılmasına dair dılillər aşkar edib.

Richard McLaren
Richard McLaren

Bunlardan ikisinin - buz üstündə xokkey qadın komandasının iki oyunçusunun bioloji nümunəsindən kişi DNT-si tapılıb.

Hesabatda deyilir ki, 4 medal qazanmış iki idmançının və bürünc medal qazanmış bir qadın idmançınınnümunələrində duzun miqdarı fizioloji mümkün həddən yuxarı olub.

Komissiya bunu da qeyd edib ki, idmançılara dopinq verilməsində Rusiyanın hakimiyyət orqanları da iştirak ediblər.

Hesabatda deyilir ki, Moskva antidiopinq laboratoriyasının keçmiş başçısı Qriqori Rodçenkov və Rusiya İdman Nazirliyi dopinq testlərində ifşa edilməməık qarantiyası verməli olan metodun üzərindıə birgə işləyiblər.

FTX və dopinq ittihamları

Komissiyanın sədri habelə Rusiyanın keçmiş idman naziri Vitali Mutkonu və onun müavini Yuri Naqornıxı idmançıların dopinq nümunələri ilə manipulyasiya etməkdə ittiham edib.

Komissiya belə bir versiyanı da dəstəkləyib ki, manipulyasiyalar bilavasitə Federal Təhlükəsizlik Xidmətinin (FTX) dəstəyi ilə həyata keçirilib.

Moskva antidopinq laboratoriyasının keçmiş başçısı FTX-nin dəstəyi ilə Soçi Olimpiadasının 15 mükafatçısına necə dopinq verdiyi barədə təfərrüatlı danışıb.

McLaren deyib ki, hesabatın üzərində işləyərkən keçmiş idman naziri Mutko ilə dəfələrlə görüşmək istəsə də, bu, alınmayıb.

“Rusiya tərəfi WADA-nın bütün səylərinin qarşısını alıb” – deyilir hesabatda.

Rusiyanın İdman Nazirliyi hesabatdakı iddiaları rədd edib və bildirib ki, idmançılara dopinq verilməsinə dair heç bir dövlət proqramı olmayıb.

Bu hesabatın təqdimatından dərhal sonra Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası Rusiya idmançılarının 2007-2013-cü illər üçün qan nümunələrinin dopinq yoxlanışlarını keçirəcək.

Qalmaqallı nazir baş nazirin müavini olub

McLaren komissiyasının 2016-cı ilin yayında açıqlanmış birinci hesabatında deyilirdi ki, ABŞ-a qaçmış Moskva antidopinq laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov 2014-cü il Soçi Olimpiadası zamanı Rusiya xüsusi xidmətlərinin manipulyasiyaları barədə müfəssəl ifadə verib.

İdman naziri Mutko dopinq qalmaqalından sonra baş nazirin müavini təyin edilib
İdman naziri Mutko dopinq qalmaqalından sonra baş nazirin müavini təyin edilib

Keçmiş idman naziri Vitali Mutko o vaxt bu ittihamalrı saxta adlandırmışdı.

Buna baxmayaraq hesabatın açıqlanmasının ardınca Rusiya idmançıları Rio Olimpiadasından çıxarıldılar. Rusiyanın paralimpiya komandası da tam heyətdə oyunlardan uzaqlaşdırıldı. Hesabatda adları çəkilən rəsmilər istefa verdilər, amma Mutko baş nazirin müavini təyin edildi.

Hazırda ABŞ-da yaşayan Rodçenkova qarşı isə Rusiyanın İstintaq Komitəsi tərəfindən ittiham irəli sürüldü. Bu ittihamnaməyə görə Rodçenkov dopinqin yayılmasında və nümunələrin məhv edilməsində günahlandırılırdı.

Dekabrın 6-da Beynəlxalq Olimpiya Komitəsi WADA-nın təhqiqatları ilə bağlı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb, qış idman növləri üzrə beynəlxalq federasiyalara Rusiya ərazisində keçiriləcək yarışlara hazırlığın dayandırılmasını və yarışlar üçün fəal şəkildə alternativ yerin axtarılmasını tövsiyə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG