Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Macarıstan Avropa qapılarını bağladı. “Mama Merkel, kömək et!”


Macarıstanın sağ təmayüllü hökuməti minlərlə miqrantın Avropa İttifaqına gedən marşrutunu kəsərək sərhədlərini bağlayıb.

Macarıstanın sağ təmayüllü hökuməti minlərlə miqrantın Avropa İttifaqına gedən marşrutunu kəsərək sərhədlərini bağlayıb.

Bu arada Almaniya İttifaq üzvü olan ölkələrinə qaçqınların icbari qəbulu kvotasını qəbul etdirmək yolunda cəhdlərini davam etdirir.

Kansler Merkelin nazirlərindən biri öz “qaçqın payı”nı qəbul etməyən ölkələrə qarşı pul cərimələrinin tətbiqinə çağırıb.

Serbiya-Macarıstan sərhədi
Serbiya-Macarıstan sərhədi

Bu gecəyarısı qüvvəyə minmiş qaydalara əsasən Macarıstan sərhədlərini bağlayıb və bildirib ki, onun ərazisinə keçən miqrantlar avtomatik olaraq geri qaytarılacaq və ya həbsxanaya salınacaqlar.

Günəşin qürub çağında Macarıstan sərhədinə toplaşmış miqrantlar “Mama Merkel, bizə kömək et!” şüarını qışqırırdılar.

Macarıstanın Serbiya ilə sərhədinə yeni ülgüclü hasar çəkilib və onun keçilməsi demək olar, qeyri-mümkündür.

Avropa dəyərlərini Macarıstan “xilas edəcək”?

Bu arada Macarıstan rəsmiləri onlarca miqrantın sığınacaq ərizələrini dərhal rədd ediblər.

Polis 174 nəfəri sərhədi gizli keçmək istəyərkən həbs edib.

Baş nazir Viktor Orban deyib ki, Macarıstan Avropanın “xristian dəyərlərini” qorumaq missiyasını öz üzərinə götürüb

Baş nazir Viktor Orban deyib ki, Macarıstan Avropanın “xristian dəyərlərini” qorumaq missiyasını öz üzərinə götürüb və əksəriyyəti müsəlman olan miqrantların Balkanlardan keçərək Almaniya və İsveçə gedən yollarını bağlayıb.

Budapeşt israr edir ki, Serbiya ərazisinə gəlmiş qaçqınların həyatı üçün heç bir təhlükə yoxdur və onların sığınacaq ərizələrinə orada baxıla bilər.

Avropa İttifaqının üzvü olmayan Serbiya Macarıstanın belə mövqeyini qəbuledilməz adlandırıb.

Amnesty International insan haqları təşkilatı bəyan edib ki, Macarıstan bu böhrana “Avropanın məsuliyyətsiz reaksiyasının eybəcər üzünü göstərir”.

Böyük miqrant axını Avropa İttifaqının 28 üzvü arasında hərəkəti nizamlayan Şengen viza sistemini yararsız hala gətirib.

Berlinin hədələri

Bundan bir qədər əvvəl Berlin qaçqın axının öhdəsindən gələ bilmədiyini etiraf edərək sərhədlərini bağlayacağını elan etmişdi. Avstriya da sərhəd nəzarətini gücləndirib.

Almaniya İttifaq üzvlərinə təzyiq göstərərək onların qaçqınların bölüşdürülməsi kvotasına razılaşmalarına çalışır.

Amnesty International: Macarıstan bu böhrana “Avropanın məsuliyyətsiz reaksiyasının eybəcər üzünü göstərir”

Almaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, kvotaya razılaşmayan üzv ölkələrin Avropa İttifaqındakı maliyyə fondları dondurulmalıdır.

Bu çağırışa bir sıra Şərqi Avropa ölkələri kəskin reaksiya veriblər. Praqa bildirib ki, Almaniyanın hədələri “boş təhdiddir, lakin böyük ziyan vura bilər”.

Slovakiya bəyan edib kİ, qaçqınlara məcburi qaydada sığınacaq verilməsi üçün kvotaları heç vaxt qəbul etməyəcək.

Qaçqın sammiti

Almaniya kansleri Angela Merkel yaranmış böhar vəziyyətində Avropa İttifaqının “Qaçqın sammiti”nin keçirilməsinə çağırıb.

ABŞ prezidenti Barack Obama bildirib ki, böhran dərinləşib və bu vəziyyətdə Avropa İttifaqı ilə Birləşmiş Ştatların birgəhərəkəti zəruridir.

Amerika Birləşmiş Ştatları qarşıdan gələn illər ərzində 10 min suriyalı miqrantı qəbul etməyə öhdəlik götürüb.

Avropa İttifaqı daxili işlər nazirlərinin ötən bazar ertəsi keçirilən iclasında qaçqınların qəbulu barədə prinsipcə razılaşma əldə edilsə də, bir sıra ölkələr məcburi kvotanı qəbul etməyib. Daxili işlər nazirlərinin nöbvəti görüşü sentyabrın 22-də olacaq.

XS
SM
MD
LG