Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:47

Macarıstanın ən böyük müxalifət qəzeti çapını dayandırıb


Macarıstanın baş naziri Viktor Orban, 2016

Macarıstanın baş naziri Viktor Orban, 2016

Macarıstanın ən böyük müxalifət qəzeti qəfildən fəaliyyətini dayandırdığını bəyan edib. Qəzetin rəhbərliyi bu addımı ölkədə demokratiyanın boğulduğu və azad sözə basqı olduğu üçün atdığını bildirir.

Müxalif sosialistlər bunu “mətbuatın qara günü” adlandırıblar və oxucuları nəşrin ofisi qarşısına toplaşmağa çağırıblar.

“Nepszabadsag” qəzeti baş nazir Viktor Orban hökumətini dəfələrlə azad mətbuata qarşı mövqeyini və antimiqrant siyasətini tənqid edib.

Qəzetin redaktoru deyib ki, oktyar nömrələri üçün material hazırlayan jurnalistlərə işə çıxmaması üçün məlumat verilib və deyilib ki, nəşr öz fəaliyyətini dayandırır.

Amma gündəlik “Nepszabadsag” qəzetinin Astriyada mənzillənən təsisşisi “Mediaworks” bildirib ki, nəşrin dayanması “yeni konsepsiyanın realizasiyası üçün” verilmiş biznes qərarıdır.

10 milyon əhalisi olan Macarıstan Avropa Birliyinə daxil olan ölkələrdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG