Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Macarıstan Azərbaycana 200 milyon dollarlıq kredit verir


"Eximbank"ı Azərbaycan şirkətləri üçün 200 milyon dollarlıq kredit təklif edir.

"Eximbank"ı Azərbaycan şirkətləri üçün 200 milyon dollarlıq kredit təklif edir.

-

Macarıstanın "Eximbank"ı Azərbaycan şirkətləri üçün 200 milyon dollarlıq kredit verir.

"APA-Economics" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto deyib.

Nazir bildirib ki, iqtisadi-ticari əlaqələri genişləndirmək üçün bir sıra ciddi addımlar atılıb. Macarıstanın "Eximbank"nın ayırdığı kredit iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq.

O, Bakı və Budapeşt arasında birbaşa uçuşlara başlanılmasını iki dövlət başçılarının birgə səylərinin nəticəsi kimi qiymətlədirib.

MACARISTAN VƏ AZƏRBAYCAN ŞİRKƏTLƏRİ...

Azərbaycan və Macarıstan işadamlarının əməkdaşlığına təkan verilir.

Azərbaycan və Macarıstan işadamlarının əməkdaşlığına təkan verilir.

P. Siyarto deyib ki, İran üzərindən sanksiyaların ardan qaldırılmasından sonra bu ölkədə biznes mühiti daha əlverişli olub. Nazir qeyd edib ki, Macarıstan və Azərbaycan şitkərləri İranda birgə müəssisə yarada bilərlər.

Hər iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün martın 6-da Azərbaycan-Macarıstan biznes forumu keçirilib. Foruma iki ölkədən sənaye, kənd təsərrüfatı, tikinti, enerji, turizm, əczaçılıq, təhsil, aviasiya və digər sahələrdə çalışan 200-dən çox işadamı qatılıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir və keçirilən görüşlər ölkələr arasında əməkdaşlığın inkişafına təkan verir.

Nazir indiyədək iki ölkə arasında 40-a yaxın sənədin imzalandığını yada salıb.

DƏRMAN PERAPARATLARI İSTEHSALI ÜZRƏ BİRGƏ MÜƏSSİSƏ...

Azərbaycan tərəfi Macarıstana dərman preparatlarının istehsalı üzrə müəssisələr açmağı da təklif edib. Hazırda Azərbaycana Macarıstanda istehsal olunan 135 adda dərman idxal edilir.

Bundan başqa su təchizatı, kənd təsərrüfatı sahələri də əməkdaşlıq üçün mühüm istiqamətlər hesab edib.

Biznes forum çərçivəsində Azərbaycanla Macarıstanın bir sıra şirkətləri arasında anlaşma memorandumları imzalanıb.

Macarıstan baş naziri Viktor Orban martın 5-də Azərbaycana gəlib. O, elə həmin gün Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG