Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Lukashenkoya 'Heydər Əliyev' ordeni verildi [yenilənib]


İlham Əliyevlə Aleksandr Lukashenkonun görüşü. 28noy2016

İlham Əliyevlə Aleksandr Lukashenkonun görüşü. 28noy2016

Belarus prezidenti Aleksandr Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Sənəddə qeyd edilir ki, Aleksandr Lukaşenko Belarus və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunur.

Buna da bax:​ Azərbaycan və Belarus prezidentləri görüşüb

Azərbaycanla Belarus arasında sənədlər paketi imzalandı

“Azərbaycan Belarusla bütün sahələrdə əməkdaşlığı fəal şəkildə davam etdirmək əzmindədir. İki ölkə rəhbərləri arasında keçirilən görüşlər mütəmadi xarakter daşıyır. Bu o deməkdir ki, ölkələrimiz arasında ən böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur”.

Noyabrın 28-də Azərbaycana rəsmi səfərə gələn Belorus dövlət başçısı Aleksandr Lukashenkonu qəbul edən prezident İlham Əliyev belə deyib. Bu haqda APA xəbər verir.

İlham Əliyev Azərbaycanla Belarusun qısa müddət ərzində ticarət dövriyyəsini artıra biləcəyini vurğulayıb.

Buna da bax:​ ‘Lukashenkonun əli aşağıdır’

“İkitərəfli əlaqələrin inkişafı sevindirici olsa da, qarşılıqlı ticarətin səviyyəsi qaneedici deyil. Ticarət dövriyyəsinin artırılması ilə bağlı fikir mübadiləsi apardıq. Bunun üçün yaxşı potensial var. Biz işi düzgün qurmaqla, qısa müddət ərzində qarşılıqlı ixracı artıra bilərik”, ölkə başçısı deyib.

Lukashenko: Azərbaycan hər zaman Belarusa arxalana bilər

A.Lukashenko isə vurğulayıb ki, Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər.

“Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək. Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”.

Buna da bax:​ Lukaşenko islam dövlətlərini birliyə çağırıb

A.Lukashenko qeyd edib ki, Belarus Azərbaycanla neft sahəsində uzunmüddətli perspektivdə əməkdaşlıq etməyə hazırdır.

“Əgər sizin Avropa bazarında, eləcə də başqa bazarlarda marağınız varsa, gəlin, oturaq danışaq. Biz Azərbaycanın maraqları tələb etdiyi qədər irəli getməyə hazırıq”, - deyə Belarus prezidenti bildirib.

Sənədlər paketi imzalanıb

Prezidentlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərindən sonra Azərbaycan və Belarus arasında əməkdaşlığın inkişafına dair sənədlər paketi imzalanıb.

Buna da bax:​ Lukaşenkodan Rusiyaya xəbərdarlıq

Tərəflərin Belarus və Azərbaycan arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər planını, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından ötrü hərtərəfli əməkdaşlıq proqramını və digər sənədləri imzaladığı bildirilir.

Sənədlərin imzalanmasının ardınca hər iki prezident birgə bəyanat veriblər.

Dağlıq Qarabağ məsələsi

Bəyanatda bildirilir ki, Azərbaycan və Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdırlar.

Buna da bax: Lukaşenkonun üzərindən sanksiyalar qaldırıldı

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul etdiyi prinsiplərə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına uyğun olaraq həllinin vacibliyini vurğulayıblar.

Dövlət başçıları ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişənin nizamlanmasına dair səylərinə toxunaraq problemin tezliklə həllində səmərəliliyin artırılmasının əhəmiyyətini qeyd ediblər. A.Lukashenko noyabrın 28-də Bakıya gəlib. Səfər iki gün davam edəcək.

Buna da bax:​ Lukashenko Qarabağ münaqişəsinin həllinə çağırıb

A.Lukaşenko noyabrın 28-də Bakıya gəlib.

O, prezident İlham Əliyevlə təkbətək və geniş nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirib.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG