Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

“Seçmə mərhələ başlayanda hədəfimiz qrupu I pillədə başa vurmaq idi və bunu sonadək davam etdirəcəyik".

Bunu “Eurosport” a müsahibəsində Almaniya futbol yığmasının baş məşqçisi Yoaxim Löv ( Joachim Loew) deyib.

2018-ci il dünya çempionatının seçmə mərhələsinə ardıcıl qələbələrlə başlayan Almaniya yığması ilk 3 turdan sonra 9 xalla C qrupuna liderlik edir. Almanların ən yaxın izləyicisi isə 3 oyunda 7 xal toplayan Azərbaycan millisidi.

Yoaxim Lövoktyabrın 11-də Şimali İrlandiya üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransında Azərbaycan millisinin çıxışına da münasibət bildirib:

"Məqsədimiz bəllidi və buna nail olmaq üçün mübarizəmizi sonadək davam etdirəcək, bir an belə arxayınlaşmayacağıq. Bunun üçünsə stabilliyi qorumaq lazımdır. Hazırda Azərbaycan yığması turnir cədvəlində ən yaxın izləyicimizdi. Gələn ilin martında onlarla qarşılaşacağıq və Bakıdakı görüş qrupun top-oyunu olacaq".

Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü 5-ci turda martın 26-da keçiriləcək.

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsində uğurlu çıxışı Türkiyə mətbuatınında gündəminə gəlib.

Türkiyə mətbuatında "Azərbaycan röyası", "Azərbaycan dünya çempionatına doğru addımlayır" , "Məğlubedilməz Azərbaycan! Seriya davam edir" başlıqlı yazılar gedib.

C qrupunda Azərbaycan, Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və Sab Marino milliləri mübarizə aparır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG