Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23

İranın “dondurulan" pullarından terror qurbanlarına təzminat ödənir


1983-cü il Beyrut intihar partlayışlarında 241 ABŞ hərbçisi öldürülüb

1983-cü il Beyrut intihar partlayışlarında 241 ABŞ hərbçisi öldürülüb

ABŞ Ali Məhkəməsi 1983-cü il Beyrut partalyışlarıı qurbanlarının yaxınlarına dondurulmuş İran hesablarından 2 milyard dollar ödənməsinə imkan yaradan hökm çıxarıb

ABŞ Ali Məhkəməsi 1983-cü il Beyrut partalyışlarıı qurbanlarının yaxınlarına dondurulmuş İran hesablarından 2 milyard dollar ödənməsinə imkan yaradan hökm çıxarıb.

Məhkəmənin qərarına görə bu məbləğdə pul 1983-cü ildə Beyrutdakı ABŞ hərbi qışlalarındatörədilmiş iki partlayış nəticəsində həlak olmuş 241 hərbçinin iddiaçı olan 1300 qohumuna çatmalıdır.

ABŞ 1983-cü il partlayışlarının ardınca Livandakı bütün qoşunlarını oradan çıxarmışdı

ABŞ 1983-cü il partlayışlarının ardınca Livandakı bütün qoşunlarını oradan çıxarmışdı

ABŞ partlayışlara görə İrandan maliyyələşən terrorçu qrupları ittiham edir.

İki yük maşını ilə törədilmiş intiharçı bomba basqınlarının baş verdiyi 1983-cü il, oktyabrın 23-də Livanda vətəndaş müharibəsi gedirdi.

İki partlayış Beyrutdakı ABŞ və Fransa əsgərlərinə aid iki qışlanın yaxınlığında baş vermiş, habelə Fransadan olan daha 58 sülhməramlının ölümünə səbəb olmuşdu.

Partlayışlar üçün məsuliyyəti öz üzərinə o vaxtadək adı bilinməyən “İslami cihad” qrupu götürmüşdü.

ABŞ kəşfiyyatı bu partlayışlarla İranın Suriyadakı səfiri Ali Akbar Mohtashamipur və İran İnqilab Keşikçilərinin Beyrutdakı komandanı Hossein Dehghan arasında əlaqə olduğunu iddia etmişdi.

İran Mərkəzi Bankının etirazına rəğmən

Hizbullah, İran və Suriya bu partlayışlarla əlaqələrini bugünədək təkzib edirlər, lakin İran hökuməti 2004-cü ildə Tehranda həmin intiharçılara həsr olunmuş “şəhid abidəsi” ucaldıb.

ABŞ hökuməti partlayışlara görə rəsmən Hizbullah təşkilatını günahlandırır, hərçənd Hizbullah bu hadisədən iki il sonra formalaşmışdı.

Xəbər verilir ki, İranın Mərkəzi Bankı dəymiş zərərə görə təzminat ödənişləri barədə ABŞ məhkəməsinin qərarını dəf etməyə çalışıb.

Lakin sözü gedən İran aktivlərinin ABŞ-da olması o deməkdir ki, Mərkəzi Bank məhkəmə qərarı icrasının hər hansı şəkildə qarşısını almaq imkanına malik deyil.

1983-cü ildə törədilmiş bomba basqınlarının əks-sədası o qədər güclü olmuşdu ki, ABŞ növbəti il Livandakı bütün qoşunlarını bu ölkədən çıxarmışdı.

Hakim Ruth Bader Ginsburg İranın ödənişlərdən imtina etməsinə dair ərizəsini rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG