Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:39

Kremli tənqid edənlər bu maddələrdən zəhərlənib [Siyahı]


-
2012-ci ildə Londonda qəfildən ölən rus əsilli milyonçu Aleksandr Perepilichny-nin mədəsində ekzotik Asiya zəhəri aşkar olunandan sonra ondan keçmiş "KQB" üsulu ilə intiqam alınması barədə iddialar artdı.

AzadlıqRadiosu bu illər ərzində Kremlə qarşı “rəqiblərini zəhərləmə yolu ilə aradan qaldırır” itihamlarını bir araya yığıb.

Helsemium – “Ürəkdağlayan ot”

Bir çox zəhərin mənbəyi olan helsemium – “Ürəkdağlayan ot" nadir bitkidir və yalnız Asiyada bitir. Zəhər kimi yeməyə qarışdırılır.

Aleksandr Perepilichny

Aleksandr Perepilichny
Aleksandr Perepilichny

Rusiya oliqarxı və Kremlin sərt tənqidçisi olan Aleksandr Perepilichny 2009-cu ildə Britaniyaya sığındı və rusların qeyri-leqal pullarını araşdıran İsveç jurnalistinə kömək etməyə başladı.

O, rəsmi Moskvanı korrupsiyada suçlayır və buna sübutlar gətirirdi. Bundan başqa 2009-cu ildə Moskva həbsxanasında ölən Sergei Magnitsky-nin işi ilə bağlı Rusiya rəsmilərinə qarşı ittihamlar səsləndirirdi.

44 yaşlı oliqarx ölümündən əvvəl dostlarına demişdi ki, hədələnir.
Baxmayaraq ki, Aleksandr Perepilichny Magnitsky işi ilə bağlı ölən dördüncü adam idi, Surrey polisi onun ölümündə kimsəni şübhəli şəxs saymadı. Ancaq mayın 18-də Britaniya hakimiyyəti yeni ekspertizanın nəticəsindən sonra onun ölümü ilə bağlı cinayət işini təzələdi. Aleksandr Perepilichny-nin helsemium-la zəhərləndiyi bildirildi.

Polonium-210

Polonium radioaktiv elementdir. Onun yüksək dozası öldürücü təsirə malikdir.

Aleksandr Litvinenko

Aleksandr Litvinenko zəhərlənəndən sonra
Aleksandr Litvinenko zəhərlənəndən sonra

Aleksandr Litvinenko keçmiş Rusiya kəşfiyyatçısıdır və 2000-ci ildə Britaniyada siyasi sığınacaq alıb. 2006-cı ildə Londonda barda zəhərlənib və onda polonium-210 maddəsi aşkar edilib. Britaniya radiasiya ekspertləri deyirlər ki, Litvinenko bəlkə də ilk adamdır ki, bu maddə ilə öldürülüb.

Ölümündən əvvəl Litvinenko yazdığı məktubda ölümündə Putini gunahkar bilmişdi.

Keçmiş kəşfiyyatçının rəsmi Moskvaya qarşı ittihamları çox idi, o, həm də Putini jurnalist Anna Politkovskayanın qətlini sifariş verməkdə ittiham edirdi.

Tallium

Tallium kimyəvi elementdir. Onun duzu güclü zəhərdir, siçanları və həşəratları qırmaq üçün istifadə edilir. Bununla zəhərlənmə nəticəsində adam saçını itirir. Ondan ölüm silahı kimi istifdə edirlər.

Nikolai Khokhlov

Nikolai Khokhlov sovet "KQB"sinin cəsusu olub. 1953-cü ildə ABŞ-a qaçıb və KQB əməliyyatları barədə məlumatları açıqlayıb. 1957-ci ildə Almaniyada tallium zəhərlənməsindən müalicə alıb.

Hərçənd Khokhlov-un poloniumla zəhərləndiyini iddia edən keçmiş "KQB" rəsmiləri də var.

Yuri Shchekochikhin

Yuri Shchekochikhin
Yuri Shchekochikhin

Rusiyalı araşdırmaçı jurnalist və hüquqşünas Yuri Shchekochikhin ölkəsində korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparıb.

Shchekochikhin 2003-cü ilin iyulunda ölüb. Ölümündən bir neçə gün qabaq o, ABŞ-da Federal Təhlükəsizlik Bürosunun əməkdaşları ilə görüşməyə hazırlaşırmış. Amma qəfildən xəstələnib və onda allergiya simptomları müşahidə edilib.

Rusiya rəsmiləri onun allergiyadan öldüyünü deyirlər, amma onun tibbi müayinəsi və meyitin ekspertizası nəzarət altında aparıldığından ölümün dəqiq səbəbləri bəlli deyil.

Hərçənd bəzi tədqiqatçılar deyirlər ki, Shchekochikhin-in xəstəliyinin simptomları Nikolai Khokhlov və Aleksandr Litvinenko-nunku ilə oxşar olub.

Tetrachlorodibenzodioxin (TCDD) -- "Dioksin"

Dioksin otaq temperaturunda rəngsiz, iysiz bərk maddədir. Ondan ABŞ hərbçiləri Vyetnam müharibəsində istifadə edib.

Xərçəng Tədqiqatları üzrə Beynəlxalq Agentliyi bu maddəni insan üçün təhlükəli sayıb.

Viktor Yushchenko

Yushchenko zəhərlənəndən əvvəl və sonra
Yushchenko zəhərlənəndən əvvəl və sonra

Ukrayna siyasətçisi, keçmiş prezident Viktor Yushchenko 2004-cü ildə prezident seçkisi ərəfəsində dioxsinlə zəhərlənib.Onun siyasi rəqibi Rusiyanın dəstəklədiyi Viktor Yanukovych idi.

Yushchenko-nun həyatı xilas edilsə də, zəhər onun üzündə iz saldı.
O, zəhərlənməsini “şəxsi münasibət” saymamış, bunda Rusiyanı ittiham etmişdi.

Zarin

Zarin rəngsiz, iysiz mayedir, sinirə təsir edir. Əzələləri iflic edir, boğulma yaradır. O, qaza çevriliə bilir və dəriyə nüfuz edir. BMT zarini kimyəvi silah kimi qiymətləndirir və Kimyəvi Silahlar Konvensiyası altında ondan istifadə qadağandır..

Ibn al-Khattab

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, Səudiyyə Ərəbistanında doğulan və 1990-2000-ci illərdə Çeçenistanda rus hərbçilərinə qarşı döyüşən Ibn al-Khattab 2002-ci ildə əməliyyat zamanı öldürülüb.

Khattab-ın yaxınları və başqa çeçen mənbələrisə deyirlər ki, o, əlinə bir məktub alandan sonra zarin və ya ona oxşar hansısa maddə ilə zəhərləndi.

Rusiya mətbuatı yazıb ki, məktubu Khattab-a Federal Təhlükəsizlik Xidmətinin satın aldığı dağıstanlı agent göndəribmiş.

Risin maddəsi

Soyuq Müharibə zamanı SSRİ-nin bu maddədən azı üç dəfə istifadə etdiyi ilə bağlı ittihamlar var.

Risin təbii yolla əldə edilir. Onu yeməklə qəbul etməkdən zəhərlənmə halları nadirdir. Çünki bədən bu toksini rədd edə bilir. Risin bədənə iynə ilə yeridiləndə, tozu ilə nəfəs alınanda və ya hansısa formada qana yeridiləndə çox təhlükəli olur.

Georgi Markov

Georgi Markov
Georgi Markov

Çox biabırçı hadisə 1978-ci ildə Londonda bolqarıstanlı dissident Georgi Markov-un “çətir ölümü” kimi tanınan qətlidir.

BBC və AzadlıqRadiosunda çalışan Markov zəhərlənəndən dörd gün sonra vəfat edib. Məhlul onun ayağına iynə ilə yeridilibmiş.
Britaniya təhqiqatçıları şübhələnirlər ki, Markov avtobus dayanacağında gözləyəndə ucu zəhərli çətiri onun ayağına sancıblar.

Boris Korczak

1981-ci ilin avqustunda ikiqat agent Boris Korczak Virciniyada bazarlıq edərkən məhlulu onun gün eynəyinə töküblər. O, sağ qalıb vəə hücumda "KQB"ni günahlandırıb.

Qeyri-müəyyən zəhərlər

Hafizullah Amin

Soyuq Müharibə zamanı 1979-cu ildə Əfqanıstanda bir neçə ay prezidentlik edən Hafizullah Amini də zəhərləməyə çalışıblar. SSRİ onu ABŞ-ın agenti hesab edirdi.

Onu 1979-cu ildə dekabrın 13-də zəhərləməyə çalışıblar, ancaq Amin zəhərlənmə ehtimalını hər zaman gözlədiyi üçün yemək və içməyini öncə yaxın qohumuna dadızdırırdı. Həmin vaxt qohumu zəhərlənir və müalicə üçün Moskvaya göndərilir.

Anna Politkovskaya
Anna Politkovskaya

İki həftə sonra Amini Kabulda Tacbəy sarayına hücum edən sovet əsgərləri öldürürlər. SSRİ bundan sonra Babrak Kamalı Əfqanıstan prezidenti vəzifəsinə gətirir.

Anna Politkovskaya

Rusiyalı araşdırmaçı jurnalist, hüquq müdafiəçisi və Kremlin sərt tənqidçisi Anna Politkovskaya 2004-cü ildə Moskvadan uçarkən çay içib və az sonra ağır xəstələnib.

Politkovskaya güman edirdi ki, onu təhlükəsizlik qüvvələri zəhərləyib. Media yazırdı ki, jurnalistə verilən naməlum zəhər keçmiş sovet zəhər fabrikində hazırlanıb.

Politkovskaya sağ qalsa da, iki il sonra evinin qarşısında öldürülmüşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG