Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43

Litvanın xarici işlər naziri Rusiyaya qarşı yeni sanksiyalara çağırır


Litvanın xarici işlər naziri Linas Linkevicius
Litvanın xarici işlər naziri Linas Linkevicius

Litvanın xarici işlər naziri Linas Linkevicius Avropa İttifaqını Suriyanın Hələb şəhərində dinc əhaliyə qarşı bombardmanlardan istifadə edən Rusiya əleyhinə yeni sanksiyalara çağırıb.

AzadlıqRadiosuna Lüksemburqda Aİ Xarici İşlər Şurasının ofisindən danışan Linkevicius deyib ki, sanksiyalar hələki İttifaqın əlində Rusiyaya təsir etməyin yeganə alətidir.

Litvanın xarici işlər naziri bildirib ki, “Rusiya Ukraynada təcavüzkar olub başqa bir yerdə sülhyaradıcı ola bilməz”.

Onun fikrincə məhz buna görə də indiyədək Rusiyaya konstruktiv yanaşamaya çağıran bir çoxları indi Moskvanı hərbi cinayətlərdə ittiham etməyə başlayıblar.

Astagəllik

Cənab Linkevicius Avropa İttifaqını bir çox situasiyalarda gecikməkdə və lənglikdə günahlandırıb.

Onun fikrincə Avropa İttifaqı Ukrayna və Gürcüstana vizasız gediş-gəliş tanımaqda da, assosiasya sazişlərini imzalamaqda da lənglik göstərib.

Litva xarici işlər naziri deyib ki, Ukraynada münaqişə başlananda da Brüseel bunu Ukrayna münaqişəsi adlandırmışdı, lakin sonradan belə qərara gəlindi ki, bu, Ukrayna münaqişəsi deyil, Ukraynaya qarşı müharibədir. Suriya müharibəsi məsələsində də eyni astagəllik göstərilib. Yalnız indi-indi orada hərbi cinayət törədildiyi barədə bəyanatlar səslənməyə başlayıb.

Şərq Partnyorluğunun gələcək perspektivləri barədə suala cavab verən Linkevicius deyib ki, buraya daxil olan 6 ölkə bir-birindən tamamilə fərqlənir. Məsələn Ermənistan son anda assosiasiya sazişindən imtina etdi. Lakin əməkdaşlığın bu forması bütün hallarda saxlanmalıdır.

“Çünki bu əməkdaşlığın praktik formasıdır” - deyib Linas Linkevicius.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG