Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Son illərdə hökumətin tənqid oxlarının hədəfi olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbəri Mixael Link (Michael Georg Link) Azərbaycana səfər edib. M.Linkin rəsmilərlə müzakirələr aparacağı bildirilir.

ATƏT DTİHB-in rəhbəri oktyabrın 12-də parlamentdə olub. Onu, Milli Məclis sədrinin müavini Bahar Muradova qəbul edib.

Buna da bax:​ Hökumətdən ATƏT bürosuna dəstək

Parlamentin mətbuat xidməti xəbər verir ki, görüşdə referendumla Konstitusiyaya edilən son dəyişikliklər də müzakirə mövzularından olub.

B. Muradova qonağa deyib ki, Azərbaycan rəhbərliyi ən ciddi islahatlara belə getməyə hazırdır:

“Referendum dediklərimizə bariz nümunədir. Konstitusiya islahatları sahəsində atılan o mühüm addım xalqla ölkə rəhbərliyinin birliyini aydın göstərdi”, B.Muradova bildirib.

Görüşdə Dağlıq Qarabağ probleminə toxunulduğu, digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra hökumətin sərt tənqidlərinə məruz qalmışdı. Büro həmin seçkilərin ATƏT ölçülərinə uyğun keçirilmədiyini bəyan etmişdi.

Buna da bax:​ Konqresmen Azərbaycandakı referendumu “qeyri-legitim” adlandırıb

Büro həmçinin, son parlament seçkilərinin müşahidəsindən azad və ədalətli seçkilərin keçirilməsinə gərəkli şəraitin olmaması əsası ilə imtina etmişdi. Bu imtinaya xüsusilə, Azərbaycan hökumətinin qurumun müşahidə missiyasının sayına limit qoymaq istəyi səbəb olmuşdu.

Ötən ilin sonunda prezident İlham Əliyev də DTİHB-in son parlament seçkilərini müşahidə etməməsini yada salmışdı: “Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün həmin quruma dəvət göndərilmişdi. Lakin həmin qurum bu qərarı ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan verib. Bu zaman isə öz mandatını kobud şəkildə pozub”, demişdi.

Bu ilin aprelində isə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi DTİHB -ə müraciət ünvanlamışdı. Həmin müraciətdə münasibətlərin bərpasına işarələr edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG