Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:51

Amerikalı konqresmen Chris Smith də Leyla Yunusla bağlı bəyanat verdi


ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə (Helsinki) Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Chris Smith hüquq müdafiəçisi Leyla Yunusun həbsdən azad edilməsini çoxdan gözlənilən addım, amma yalnız ilk addım adlandırıb.

O bildirib ki, Azərbaycan hökuməti onun müalicəsi üşün təcili tədbirlər görməlidir.

Smith AzadlıqRadiosuna müsahibəsində deyib ki, Leyla və həyat yoldaşı Arif Yunus ağır xəstədilər və bu onları ədalətsiz həbsə atan Azərbaycan hökumətinin borcudur.

Nyu-Cersi ştatından olan Respublikaçı konqresmen sonda deyir ki, Leyla və Arif Yunuslara qarşı qondarma ittihamlar geri götürülməli və Leyla Yunusun insan haqları uğrunda dinc səylərini bərpa eləməsinə imkan yaradılmalıdır.

--

Avropa Birliyi hüquq müdafiəçisi Leyla Yunusun həbsdən azad edilməsini alqışlayır.

Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherinin sözçüsü Maja Kocijancic bunun çoxdan arzulanan müsbət humanitar jest olduğunu bildirib.

O bu addımın gələcəkdə də davam etdiriləcəyinə ümidlə yanaşdıqlarını və Avropa Birliyinin Azərbaycanla münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsinə hazır olduğunu bildirib.

“Azərbaycan digər məhbusları da ağır xəstələnməzdən əvvəl azad etməlidir”.

Bunu isə Avropa Şurasının baş katibi Thorbjørn Jagland bəyan edib:” Leyla Yunusun həbsdən azad edilməsi məni yüngülləşdirdi.Ümid edirəm ki, o indi səhətinin tam bərpasına başlaya bilcək. Bu gün fikrimiz həm də hazırda Azərbaycanda həbsdə olan digər hüuq müdafiəçilərinin yanındadır”-deyə o bildirib.

Həmçinin Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bunu vacib humanitar addım adlandırıb.

--

Avropa Parlamenti hüquq müdafiəçisi Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıb.

Qurumun prezidenti Martin Schulzun dekabrın 9-da yaydığı bəyanatda bildirilir: “ İnsan haqları günü ərəfəsində Leyla Yunusun azadlığa buraxılması Azərbaycan və bütün dünyada hüquq müdafiəçiləri uçun gözəl xəbərdir. Amma qeyd edim ki, Leyla və həyat yoldaşı Arif Yunus yalnız şərti azadlığa buraxılıblar. Avropa Parlamenti bir daha onlara qarşı irəli sürülmüş ittihamların götürülməsini və adlarının təmizə çıxarılmasını xahiş edir.

Biz Azərbaycan hakimiyyətini bu yolu davam etdirməyə və xoş məram göstərərək qalan vicdan məhbuslarını da azadlığa buraxmağa çağırırıq”.-deyə bəyanatda bildirilir.

--

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Corc Link(Michael Georg Link) Leyla Yunusun səhətinin pisləşməsi və vəkillərin xahişi ilə azadlığa buraxılmasını alqışlayır.

Bəyant dekabrın 9-da qurumun rəsmi saytında yerləşdirilib.

“Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və humanist addımdır. DTİHB insan haqları məsələsində Azərbaycan hakimiyyəti ilə əməli müzakirələri davam etdirməyə hazırdır,” - deyə bəyanatda bildirilir.

--

Leyla Yunusun azadlıqda jurnalistlərlə söhbəti qısa olub.

"Özünüzü necə hiss edirsiniz" sualının cavabında o, "Mən məhkəmədə də dedim , öümü düşərgə tozu kimi hiss edirəm." cavabını verib.

O daha sonra rus şairi Fyodr Tütçevin aşağıdakı şerini bir qədər dəyişərək deyib:

"Нам не дано предугадать.

Как слово наше отзовется, —

И нам сочувствие дается.

Как нам дается благодать."

(Şer o haqdadır ki, deyilən sözün necə başa düşüləcəyini qabaqcadan bilmək olmur)

Leyla Yunus isə "нам сочувствие" əvəzində "вам прощение" söyləyib...

Məhkəmənin qərarına gəldikdə isə o, qərarı "fantastik" adalndırıb.

Amma onun bunu hansı çalarda deyi bilinmir.

Çünki yanında olan Arif Yunus həyat yoldaşına həkimlərin istirahərt etməyi, yatıb dincəlməyi məsləhət gördüyünü deyərək onu jurnalistlərdən ayırıb.

"Düşərgə tozu" ifadəsi sovet dövründə yaranıb. Stalin repressiyaları zamanı rejimin siyasi və ya digər səbəblərlə həbs edib "QULaq" düşərgələrinə saldığı şəxslər haqda işlənirdi. ​

--

Məhkəmədən azadlığa buraxılan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ordan birbaşa anasının qəbrini ziyarət etməyə gedib.

Bu haqda AzadlıqRadiosuna onun dostu Azad İsazadə məlumat verib.

Onun sözlərinə görə, Leyla Yunus indi çox zəifdir, ona görə də hələlik heç kimlə görüşmək istəmir.

"Leyla xanım bir qədər dincəldikdən sonra müshaibə verməyi düşünür", deyə A.İsazadə bildirib.

Bakı Apellyasiya məhkəməsi dekabrın 9-da Leyla Yunusu azadlığa buraxıb.

Məhkəmə Leyla Yunus və həyat yoldaşı Arif Ynus barəsindəki hgökmləri 5 il sınaq müddəti təyin edilməklə şərti hesab edib.

Məhkəmə sənədlərin saxtalaşdırılması ilə bağlı 320-ci maaddəni müddəti keçdiyinə görə hökmdən çıxarıb, o biri mədddələr üzrə isə 5 il şərti cəza kəsib.

Həmçinin məhkəmə Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərarı hökmdən çıxarılıb.

Leyla Yunus və Arif Yunusun işi üzrə dekabrın 10-na təyin edilən apellyasiya baxışı dekabrın 9-na keçirilmişdi.

Son məhkəmə iclasında isə Leyla Yunus danışmamış. A.Yunus isə jurnalistlərə heç bir açıqlama verməmişdi.

Leyla və Arif Yunuslar ötən ilin iyulunda həbs olunublar.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum ediliblər.

Amma Arif Yunus səhhətində yaranan problemlərə görə bu il noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq azadlığa buraxılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG