Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:36

-

Amnesty İnternational təşkilatı Leyla və Arif Yunusların xaricə müalicəyə getmək üçün Azərbaycandan buraxılması tələbi ilə kampaniyaya başlayıb.

Təşkilatın yaydığı məlumatda deyilir ki, Azərbaycan hakimiyyəti tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusların təcili müalicəyə getməsinə hər vəchlə maneçilik törədirlər.

Məlumatda qeyd edilir ki, beynəlxalq ictimaiyyətin təkidli tələblərindən sonra cütlük şərti olaraq azadlığa buraxılıb, lakin onların üzərindən cəza götürülməyib. Onlar əvvəlkitək saxta ittihamla məhkum olunmuşlar hesab edilir.

Amnesty International bildiri ki, bütün arzu edənlər cütlüyü dəstəkləyərək Azərbaycan prezidentinin və baş prokurorun elekron poçt ünvanına məktun göndərə bilərlər. Bu məktublarda uydurma ittihamların götürülməsi, onların müalicəsi Azərbaycanda olmadığından xaricə buraxılmaları tələb edilsin.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanət də daxil olmaqla, bir çox ağır cinayətlərdə ittiham edilir. 2015-ci ilin avqustunda 8,5 il müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında bu müddət şərti həbs cəzası ilə əvəzlənib.

7 il Həbs cəzası alan Arif Yunus da şərti azadlığa buraxılıb. Onun cəzası 5 il şərti cəzaya endirilib.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG