Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:42

►Rusiyalıların əksəriyyəti Qarabağ məsələsində heç kimin tərəfini saxlamır

"Levada" analitik mərkəzinin apardığı rəy sorğusunun nəticələri göstərir ki, Rusiya vətəndaşlarının 70%-i Dağlıq Qarabağ münaqişəsinin aprel ayında baş vermiş eskalasiyası barədə məlumatlıdır. Mərkəz sorğunun nəticələrini öz saytında dərc edib.

Rusiyalı respondentlərin 23%-i hesab edir ki, Qarabağ uğrunda döyüşlərin bərpa olunmasının təşəbbüskarı ABŞ və digər NATO dövlətləridir. Respondentlərin 19%-i bu təşəbbüsün Azərbaycandan, 15%-i isə Türkiyədən gəldiyini düşünür.

Analitik mərkəz müəyyən edib ki, Rusiya vətəndaşlarının 59%-i Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar barədə "nəsə eşidiblər, ancaq detallardan xəbərsizdirlər", 1%-i isə hadisələrin gedişatını izləyir. 30%-i isə aprel ayında münaqişənin yenidən qızışması barədə, ümumiyyətlə, xəbərsizdir.

Sorğunun nəticələri göstərir ki, əksər Rusiya vətəndaşları bu münaqişədə heç kimin tərəfini saxlamırlar. Belə ki, respondentlərin 67%-i "tərəflərdən heç birinə" rəğbət bəsləmir. Erməni tərəfinə rəğbət bəsləyənlər sorğuya cavab verənlərin 15%-ni, Azərbaycan tərəfinə rəğbət bəsləyənlərsə 4%-ni təşkil edir. Respondentlərin 15%-i cavab verməyə çətinlik çəkib.

Rusiyanın bu münaqişədə hansı tərəfi dəstəkləməli olduğu barədə suala cavab olaraq respondentlərin 66%-i bildirib ki, Rusiya tərəflərdən heç birini dəstəkləməməlidir. 11% erməni tərəfini, 3% isə Azərbaycan tərəfini dəstəkləməyi düzgün hesab edir.

Sülhyaratmaya gəlincə isə respondentlərin 29%-i Rusiya sülhməramlılarının Qarabağa yerəşdirilməsi məsələsinə "əsasən müsbət", 17%-i "tamamilə müsbət", 24%-i "əsasən mənfi", 12%-i isə "tamamilə mənfi" yanaşır.

Sorğunun nəticəsinə görə, Rusiya vətəndaşlarının 40%-i Dağlıq Qarabağın Azərbaycanın, və ya Ermənistanın tərkibində olması, yaxud da müstəqil dövlət olması barədə suala cavab verməyə çətinlik çəkib. Rəyi soruşulanların 6%-i Dağlıq Qarabağın Azərbaycanın, 11%-i Ermənistanın tərkibində olmalı olduğunu deyib. 44% isə hesab edir ki, Dağlıq Qarabağ müstəqil olmalıdır.

Bu, "Levada" mərkəzinin keçirdiyi sorğunun nəticələridir.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube Səhifəsində İzləyin:

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

Günün bütün mövzuları

XS
SM
MD
LG