Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:44

Qərblə münasibətlərin yaxşılaşmasını istəyən rusların sayı artıb


Foto illüstrasiya
Foto illüstrasiya

Yeni sorğular Rusiyada Qərblə münasibətlərin yaxşılaşmasını istəyənlərin artdığını göstərir. Rusiyanın «Levada» müstəqil sorğu mərkəzinin araşdırmaları üzə çıxarıb ki, belələrinin sayı keçən illə müqayisədə xeyli çoxdur.

NATO-DAN QORXMAĞA ƏSAS VARMI?

Sorğuya qatılanların 71%-i Rusiyanın Qərblə geniş iqtisadi, siyasi və mədəni əlaqələr yaratmasını arzuladığını söyləyib. Keçən il bu arzunu 50% dilə gətirmişdi. Sorğu iştirakçılarının cəmi 17%-i Qərblə əlaqələri kəsməyin tərəfdarı olduğunu bildirib. Ötən il sorğuya cəlb edilənlərin 37%-i bunu arzulamışdı.

«Levada» sorğuda NATO-ya münasibəti də aydınlaşdırmağa çalışıb. Respondentlərin 52%-i bildirib ki, NATO üzvlərinin Rusiyadan qorxmasına əsas yoxdur. 31% NATO-nun Rusiyadan qorxmalı olduğunu söyləyib.

«Rusiyanın NATO-dan qorxmağa əsas varmı» sualına cavab verənlərin 57%-i «hə», 31%-i «yox» deyib.

51% QƏRBİ VECİNƏ ALMIR

Rusiyanın beynəlxalq məsələlərin həllində roluna gəlincə, rusların çoxu ölkəsinin əhəmiyyətinin böyük olduğunu düşünür. Respondentlərin 70%-i Rusiyanın beynəlxalq məsələlərdə mühüm rol oynadığına əmindir. Cəmi 26% rusların rolunun əhəmiyyətli olmadığını söyləyib.

Sorğunun nəticələri göstərir ki, Qərbin onların haqqında nə düşündüyü ruslardan ötrü bir o qədər vacib deyil. Respondentlərin 44%-i Qərbin Rusiya haqda fikrini vacib sayıb, 51%-i qərbdəkilərin yanaşmasının onlardan ötrü əhəmiyyət daşımadığını söyləyib.

«Levada» mərkəzi sorğunu həm kəndlərdə, həm də şəhərlərdə apardığını, yaşı 18-i keçmiş 1600 Rusiya vətəndaşına şəxsən sual verildiyini yazır.

Sorğu 2016-cı ilin noyabrında keçirilib.

XS
SM
MD
LG