Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Kəndlilər: 'Darvadibidə durum getdikcə pisləşir'


Lerikin Darvadibi kəndi. Vəliyevlər ailəsinin yaşadığı ev.

Lerikin Darvadibi kəndi. Vəliyevlər ailəsinin yaşadığı ev.

Lerikin Darvadibi kəndində yaşayan Vəliyevlər ailəsi son bir ayda kənddə sürətlənən torpaq sürüşməsi qarşısında çarəsiz qalıb. Ailənin başçısı Əvəz Vəliyevin sözlərinə görə, daxmanın ətrafında yerdə iri yarıqlar yaranıb.

İcra hakimiyyəti hələlik köçürməyə ehtiyac görmür:

“Ailədə 10 nəfərik, onsuz da uçuq, sökük daxmamız indi də torpaq sürüşməsinə məruz qalıb. Evdə gecələməyə qorxuruq. Nə edəcəyimizi bilmirik”.

Buna da bax:​ 45 ailə yaşayan Davradibi: Çatlar evlərə çatıb...

“BAŞQA YERİM DƏ YOXDUR”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiləri ailəyə bildiriblər ki, bu yarıqlar istənilən vaxt dərinləşə və ərazi çökə bilər. Əvəz Vəliyev:

“Güclü yağışlardan sonra evin ətrafında torpaqda yarıqlar əmələ gəldi, evin divarları çat verməyə başladı. Deyirlər, “bir gün evqarışıq yerin altına gedəcəksiz”. Başqa yerim də yoxdur ki, bu tifilləri yığım, başımı götürüm gedim”.

Əvəz Vəliyev bilmir gündə bir neçə dəfə ac gözləriylə ona baxan 8 uşağın qarnını doyursun, müalicələrinə pul axtarsın, yoxsa evin ətrafında hər gün dərinləşən yarıqların dərdini çəksin:

“Bu daxmada imkansızlıqdan iki uşağım gözlərimizin qarşısında keçinib. Çünki dərmanlarını almağa pulumuz olmayıb. İndi də səkkiz uşağım var, üçü epilepsiyadan əziyyət çəkir. Rəvadır ki, bu 8 uşaq torpaq sürüşməsinin altında qalsın? Heç kəsi maraqlandırmır, elə bil bu ölkənin vətəndaşı deyilik”.

Buna da bax: Astara sakini: Sürüşə-sürüşə gedirik

“DURUM NƏZARƏTDƏDİR”

Darvadibi sakinləri hökumətdən təcili tədbirlər görülməsini tələb edirlər. Lerikin icra hakimiyyətindənsə deyirlər ki, kənddəki sürüşmə ilə bağlı xüsusi komissiya yaradılıb. Qurumdan bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiləri kənddə olub, baxış keçirib, akt yazıblar. Sürüşmə olduğu deyilən ərazidə 5-6 ev var. Durum nəzarətdədir. Ciddi fəsad olmadığından hələlik köçürməyə ehtiyac yoxdur.

Bundan öncə Darvadibinin başqa sakini Elçin Ağayev AzadlıqRadiosu-na müraciət edərək torpaq sürüşməsi nəticəsində evinin divarlarında yarıqlar əmələ gəldiyini bildirib.

Buna da bax:​ Masallı və Lerikdə sürüşmə təhlükə yaradır

Son 5 ildə Lerikin Veri-Əliabadı, Molalan, Gürdəsər, Hamarmeşə, Soru və başqa kəndlərdə ciddi problemlər yaradıb. Hələ 2011-ci ildə həmin kəndlərdən evi sürüşmə ərazisinə düşən xeyli ailə köçürülüb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG