Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:25

►Hesablama Palatasının Lənkəranın təhsil şöbəsində əmək haqlarının ödənilməsində özbaşınalıqlara yol verildiyini bildirir.

Bu haqda palatanın dövlət qurumlarında apardığı auditlə bağlı məlumatında qeyd edilir.

Artıq əmək haqqı, kompensasiyalar...

Məlumatda bildirilir ki, şagird sayı normadan az olan siniflər yarımqruplara bölünüb, dərs saatları artıq tarifləşdirilib. Bütün bunlara görə, artıq əmək haqları ödənilib.

Audit zamanı şöbədə artıq kompensasiya ödənilməsi hallarına yol verildiyinin də üzə çıxdığı qeyd edilir.

Buna da bax: Hesablama Palatasının güzgüsündən görünənlər

Təmir xərcləri şişirdilib...

Palatanın məlumatında həmçinin qeyd edilir ki, funksional fəaliyyətə aid olmayan tədbirlərə vəsait yönəldilib, satınalmalar zamanı dövriyyəsi olmayan müəssisələrə üstünlük verilib, qiymətlər şişirdilib və təmirə artıq vəsait xərclənib.

Palata əlavə edir ki, nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilib.

Audit təhsil şöbəsinin 2013-2015-ci illər üzrə fəaliyyətinə aiddir.

Hesablama Palatası AZAL-da, «Su və Meliorasiya» ASC-də, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində və Mənzil-Kommunal Təsərrüfatı Departamentində də pozuntular aşkarladığını bildirib.

Buna da bax: "Məktəb deyil, tövlədir"

XS
SM
MD
LG