Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Oktyabrın 12-si gecədən başlayan intensiv yağış Lənkəran şəhərində subasmalara səbəb olub.

«Report»un xəbərinə görə, Səttərxan küçəsi boyunca kollektorda suyun səviyyəsinin qalxması ilə nisbətən çökəkdə yerləşən həyətləri su basıb.

İlkin məlumatlara görə, rayonun Şilavar kəndində 50-dən artıq təsərrüfata ziyan dəyib. Kosalar kəndində də yeni salınan yaşayış massivindəki evləri su basıb. Üstəlik, Girdəni çayı üzərindəki körpüdə qismən qəza vəziyyəti yaranıb.

Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov yağıntının oktyabrın 14-dək davam edəcəyini bildirib. Onun deməsinə görə, dağlıq ərazilərdə sulu qar gözlənilir. C.Hüseynov çaylarda suyun səviyyəsinin 70 sm artdığını, kiçik çaylarda qısa müddətli daşqın və sel ehtimal edildiyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG