Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

Məmmədyarov: «Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq»


S.Lavrov və E.Məmmədyarov
S.Lavrov və E.Məmmədyarov

«Dünən Azərbaycan prezidenti Sergei Lavrov-u qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub».

APA-nın xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov bunu iyulun 12-də Rusiya xarici işlər naziri S.Lavrov-la görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasında irəliləyişə nail olmaqdır: «Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid olan münaqişəni çözək».

«LAVROV PUTIN-Ə SƏFƏRLƏRİN NƏTİCƏSİNİ ÇATDIRACAQ»

E.Məmmədyarov danışıqların «sürətli və intensiv» getdiyini qeyd edib: «Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllini tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik».

Nazir bildirib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb: «Sergei Lavrov Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putin-ə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz».

Buna da bax: S.Lavrov-un Bakıya gəlişinin niyəsi

LAVROV: «PREZİDENTLƏ SƏMİMİ MÜZAKİRƏLƏR APARDIQ»

Rusiya XİN-in başçısı S.Lavrov isə Azərbaycan prezidenti ilə Qarabağı müzakirə etdiklərini və müzakirələrin faydalı olduğunu bildirib. «Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır», - nazir əlavə edib.

Münaqişə ilə bağlı danışıqlardakı detallara toxunan S.Lavrov «məlum səbəblərə görə danışıqların mövzusunu geniş ictimai müzakirələrə çıxarmırıq» deyib.

«Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşmaqdır ki, əldən çıxmasın. Əsas var ümid edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq», - deyə o, bildirib.

Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Bu il iyunun 20-də Rusiya prezidenti Vladimir Putin-in təşəbbüsü ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

«ÜÇ ÖLKƏ BAŞÇISI RAZILAŞIB»

S.Lavrov Rusiya ilə münasibətlərin inkişafında verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

Elmar Məmmədyarov ikitərəfli münasibətlərin strateji əhəmiyyət kəsb etdiyini söyləyib. «Hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq, üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıblar. Hər üç ölkə «Cənub-Şimal» dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdir».

«Cənub-Şimal» dəhlizi İran-Azərbaycan-Rusiya dəmiryollarının birləşdirilməsini nəzərdə tutur. Hazırda bu istiqamətdə İranda Rəşt və Astara tərəfdə körpü tikintisi aparılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG