Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:56

Ilham Əliyevdən Rusiya haqda tərifli sözlər


►“Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk.

Mən həm Sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk”.

Bunu iyulun 11-də prezident İlham Əliyev Bakıya ikigünlük işgüzar səfərə gələn Rusiyanınxarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Xəbəri president.az saytı yayıb.

İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda dinamikanın davam edəcəyinə ümid etdiyini bildirib:

“Son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik”.

İlham Əliyev deyib ki, Serget Lavrovun səfəri ikitərəfli münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı imkandır: “Keçən ay biz bu məsələləri Rusiya Prezidenti ilə müzakirə etmişdik. Elə bir mövzu tapmadıq ki, ani müdaxilə tələb etsin. Bizim əsas vəzifəmiz bütün istiqamətlər üzrə - həm siyasi, həm iqtisadi, nəqliyyat, energetika, humanitar əməkdaşlıq sahələrində münasibətləri möhkəmləndirməkdir. Biz dost və tərəfdaş kimi inamla irəliləyirik”.

Lavrov: “Putin Sankt-Peterburq görüşünün nəticəsindən razıdır”

Sergey Lavrov isə Rusiyanın Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Sizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünə münasibətinizi qiymətləndiririk. Proses həqiqətən gedir və Prezident Putin Sankt-Peterburq görüşünün nəticəsindən razıdır. Sizin dediyiniz kimi, mən Prezidentin tapşırığı ilə hər iki ölkənin paytaxtına səfər etmişəm. Hesab edirəm ki, bugünkü görüş tamamilə konkret planda daha dəqiq addımları müəyyənləşdirməyə kömək edəcək”.

Sergey Lavrov iyulun 12-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Rusiya xarici işlər nazirini Bakıda ayın əvvəlində gözləyirdilər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Sergey Lavrov iyulun 5-də Yerevan səfərindən sonra Azərbaycana gələcək. Ancaq həmin vaxt Lavrov Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəndən sonra Moskvaya qayıtmışdı.

Buna da bax: Lavrov niyə gəlib - Rauf Mirqədirovun şərhi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG