Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

Lavrov Türkiyədəki kürdpərəst partiyanın sədri ilə görüşüb


Sergei Lavrov və Selahattin Demirtas
Sergei Lavrov və Selahattin Demirtas

“Əgər Suriya hökuməti istəsə, Rusiya bu ölkədə keçirilən quru əməliyyatlarını da fəal şəkildə dəstəkləməyə hazırdır”.

TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 23-də Moskvada kürdpərəst Xalq Demokrat Partiyası-nın sədri Səlahəddin Demirtaşla görüşdə deyib.

Lavrob qeyd edib ki, Rusiya Suriyada terrorçularla mübarizə aparan bütün qüvvələri dəstəkləməyə hazırdır.

O qeyd edib ki, İraq və Suriyadakı kürdlər əllərində silah “İslam Dövləti” və digər ekstremist qruplara qarşı mübarizə aparır.

Onlar İraq və Suriya ordusu ilə öz torpaqları, ev-eşiklərini müdafiə edirlər və digər azlıqlar kimi buna haqları var.

Lavrov həmçinin Demirtaşın partiyasının Türkiyənin siyasi və ictimai həyatnda vacib rol oynadığını bildirib:

“Sizin partiyaTürkiyənin siyasi və ictimai həyatında vacib rol oynayır, bunu son parlament seçkilərinin nəticələri də təsdiqlədi.Sizin Türkiyədəki bütün milli və etnik qrupların hüquqları, o cümlədən Türkiyə xalqının birliyinin təmin edilməsi ilə bağlı siyasi platformanız var. Biz həmişə bu xətti dəstəkləmişik”-deyə Lavrov vurğulayıb.

Türkiyə ilə münasibətlərə gəldikdə isə Lavrov qeyd edib ki, İndiki Türkiyə hakimiyyətinin hərəkətinə baxmayaraq Rusiya və Türkiyə xalqı arasında dostluq münasibətləri davam edir.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra tərəflər arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələri dayandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG