Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, qərar 28 noyabr- 2 dekabr arasında Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən UNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda verilib.

Buna da bax:​ Bakıda - Lavaş günü

"Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESKO-ya birgə təqdim edilib.

UNESKO-nun Qiymətləndirici Orqanı nominasiya faylına bütün kriteriyalar üzrə müsbət rəy verib.

Buna da bax: 'Lahmacun müharibəsi'

Bundan əvvəl Lahıc misgərlik sənəti, muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, eləcə də, Çövkən-ənənəvi Qarabağ atüstü oyunu UNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG