Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

«The Independent» qəzeti Türkiyə ilə Ermənistan arasında «pizza müharibəsi»nin başladığını yazır.

«Müharibə»yə səbəb Türkiyə mətbəxinin dünyada, eləcə də Azərbaycanda çox tanınan nümunəsi— lahmacunun Rusiyada açılmış erməni restoranlarında «lamaco» adlı erməni yeməyi kimi təklif olunmasıdır.

Lavaşın üstünə döyülmüş ət, pomidor, cəfəri və bir neçə ədvə əlavə etməklə bişirilən, bir az da pizzaya bənzəyən bu yeməyin «lamaco» adlandırılması bütün türk mətbuatını ayağa qaldırıb. Türkiyə televiziyaları lahmacunun niyə məhz türk yeməyi olduğunu sübut etməkdən ötrü əməlli-başlı kampaniyaya başlayıblar.

Bu, münasibətləri soyqırımı məsələsinə görə onsuz da yaxşı olmayan Türkiyə ilə Ermənistan arasında ilk kulinariya mübahisəsi deyil. 2014-cü ildə UNESCO sənədlərində lavaş «erməni mədəniyyətinin nümunəsi» kimi təsvir olunanda da, Türkiyə, üstəlik Azərbaycan, İran, Qırğızıstan və Qazaxıstan da səsini qaldırmış, lavaşın ermənilərə deyil, regiona məxsus olduğunu bildirmişdilər.

«QAZİANTƏPƏ PİZZASI»

Bu məsələ gələn ay UNESCO-nun Efiopiyada keçirəcəyi tədbirdə, Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Dövlətlərarası Komitədə də müzakirə olunacaq.

Ermənistan Türkiyəylə mətbəx nümunələri ilə bağlı mübahisəsi olan yeganə ölkə deyil. Kökü tarixi hadisələrə, müharibə və deportasiyalara gedib çıxan kulinariya mübahisələri Türkiyəylə Kipr və Yunanıstanın da arasında olub. Bu ölkələr də çox yerdə, eləcə də Azərbaycanda türk mətbəxinin məşhur nümunələri kimi tanınan yemək və şirniyyatlara, məsələn, «türk paxlavası»na iddia edirlər.

Lahmacun isə tək Türkiyə ilə Ermənistan deyil, həm də Türkiyənin cənub bölgələri arasında mübahisə yaradıb. «Al Monitor» saytı yazır ki, Türkiyənin Qaziantəpə, Şanlı Urfa, Adana vilayətləri hər biri ayrılıqda lahmacunun onların mətbəxinə aid olduğunu deyirlər. İŞİD hücumlarından əziyyət çəkən və turizmini xilas etmək uğrunda mübarizə aparan Qaziantəpə lahmacunu indi «Türk pizzası» kimi tanıtmağa başlayıb. Qaziantəpənin meri Fatma Şahin «Al Monitor»a müsahibəsində deyib ki, bu yeməyi turistlərə sevdirən onların bölgəsinə məxsus ədvələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG