Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

►Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına Lahıc misgərlik sənətinin daxil olunmasını təklif edib.

Trend-in məlumatına görə, bu barədə noyabrın 23-də Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasına həsr edilmiş mətbuat konfransında bildirilib.

Bunlardan 8 nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına, 35 nominasiya isə Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına təqdim olunub.

Azərbaycan reprezentativ siyahıya Lahıc misgərlik sənətinin daxil olunmasını təklif edib.

Məsələ komitənin noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçiriləcək 9-cu sessiyasında müzakirə olunacaq.

UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası 2013-cü ilin dekabrında Bakıda keçirilib.

Sessiyada Azərbaycanın çövkən oyunu təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG