Daha bir Ermənistan əsgəri həlak olub.
Ermənistan tərəfinin məlumatına görə, əsgər Andranik Musikyan qoşunların təmas xəttində qarşı tərəfdən açılan atəş nəticəsində həlak olub.
Məlumata görə, insident yanvarın 18-i yerli vaxtla 14:00 radələrində baş verib.
Ölümündən sonra Musikyan "Hərbi xidmətdə fərqlənməyə görə" medalla təltif olunub.
Məlumatı separatçə Dağlıq Qarabağ rejiminə istinadla AzadlıqRadiosunun Ermənistan xidməti yayıb.
Ötən il dekabrın 29-da Azərbaycanın Qazax rayonu istiqamətində (Ermənistanın isə Tavuş rayonu) Ermənistanla sərhəddə baş verən silahlı toqquşmada 4 erməni və 1 Azərbaycan əsgəri həlak olub.
Azərbaycan əsgərinin meyiti hələ də Ermənistan tərəfdədir.
Bundan sonra Dağlıq Qarabağda qoşunların təmas xəttində hər iki tərəfdən əsgər ölümləri ilə bağlı məlumatlar gəlir.