Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

Küveytdə 13 min neftçinin tətil etməsi Doha görüşündən əvvəl barreli 40 dollardan aşağı düşmüş neftin qiymətini az qala 45 dollara çatdırıb

Küveyt dövlət neft şirkətlərinin işçiləri maaşlarının kəsilməsi qərarı ilə bağlı başlatdıqları tətili dayandırmaq qərarına gəliblər.

Küveytdəki tətil neft qiymətlərinin ciddi artmasına təkan vermişdi. Bu hadisə neft qiymətlərinə elə bir ciddi təsirə malik idi ki, hətta Doha görüşünün iflası da neftin qiymətini sala bilməmişdi.

Küveytdəki yerli əl-Cəridə qəzetinin Tvitter hesabından göndərilmiş postda deyilir ki, həmkarlar ittifaqları tətili dayandırmaq və işçiləri aprelin 20-si səhərdən iş yerlərinə qaytarmaq barədə razılığa gəlib.

Reuters agentliyi xəbər verir ki, tətil təşkilatçıları neft istehsalının tez bir zamanda əvvəlki səviyyəsinə çatdırılacağını da elan ediblər.

Agentliyin xəbərində həmçinin deyilir ki, tətilin dayandırlmasına səbəb neft nazirinin çərşənbə axşamı verdiyi bəyanat olub.

Həmin bəyanatda deyilirdi ki, hökumət işçilər istehsalata qayıtmadan onlarla heç bir məsələ barədə danışıqlara girməyəcək.

Küveyt hökuməti neftin ucuzlaşması ilə bağlı neftçilərin maaş və mükafatlarını ixtisar etmək barədə qərar qəbul etmişdi.

Qiymət qeyri-müəyyənliyi qalır

Ekspertlər bildirirlər ki, Küvetdəki tətil bazara çıxarılan neft həcmlərinin günə 1,6-1,8 milyon barrel azalmasına səbəb olmuşdu.

Bu, hasilatın ciddi fasiləsi olduğu üçün neft qiymətlərinin qalxmasına gətirib çıxarmışdı.

Təhlilçilərin fikirncə, tətilin başa çatmasına baxmayaraq hasilatın əvvəlki həcmlərə qayıtması bir neçə həftə çəkə bilər.

Küveytdə 13 min neftçinin tətil etməsi Doha görüşündən əvvəl barreli 40 dollardan aşağı düşmüş neftin qiymətini az qala 45 dollara çatdırıb.

İndi təhlilçilər qiymətlərin yenidən bir qədər enəcəyini gözləyirlər.

Lakin bu da qeyd olunur ki, bazara çıxan neftin azalmasını şərtləndirən digər faktorlar qüvvədə qalır: Nigeriyada mədənlərə və kəmərlərə silahlı basqınlar, İranın öz neftini bazara çıxarmaq üçün tanker tapmaması və Venesuelada neftçilərə maaşların verilməməsi kimi problemlər davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG