Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

Azərbaycan Fransa televiziyasını məhkəməyə verir


«France 2» telekanalının müxbiri Parisdə Mehriban Əliyevaya sual verir.
«France 2» telekanalının müxbiri Parisdə Mehriban Əliyevaya sual verir.

-

eurasianet.org saytında Giorgi Lomsadze və Elizabeth Owen Azərbaycanın Fransa televiziyasını məhkəməyə vermək planlarından yazırlar.

Səbəb «France 2» televiziyasının araşdırmasında Azərbaycan hökumətinin «diktatura», prezident İlham Əliyevin isə «despot» adlandırılmasıdır.

Müəlliflər yazır ki, Azərbaycanda insan haqlarının durumunu sual edən televiziya proqramı efirə ölkə üçün elə də əlverişli vaxtda getməyib. İyunda Avropa Oyunları keçirmiş Azərbaycan indi də 2024-cü il Yay Olimpiadasına ev sahibliyi üçün müraciəti götür-qoy edir. Son tarix sentyabrın 15-dir.

«Cash Investigation» proqramının araşdırmasının Bakının qərarına təsirini real saymayan müəlliflər Bakının Heydər Əliyev Fondu vasitəsilə Fransa üçün pullu donor olduğunu da yada salır.

«Bu, Azərbaycanın «Cash Investigation» ilə ilk qarşıdurması deyil. 2014-cü ilin mayında prezident François Hollande-nın Azərbaycana səfərindən sonra müxbirləri Laurent Richard və Emmanuel Bach ölkədən qovulub, çəkdikləri isə Bakı aeroportunda müsadirə olunub».

«Müxbirlər bunu «prezident Əliyevin zarafatı» adlandırıblar, ancaq deyəsən, son gülən yaxşı gülər. Həmin görüntülərin nüsxəsi 7 sentyabr buraxılışında yer alıb».

Buna da bax: Hikmət Hacızadə: «Nəsə «moment» gəlib deyəsən...»

AZƏRBAYCAN– QƏRB MÜNASİBƏTLƏRİ: NƏ GÖZLƏYƏK?

«World Politics Review» saytında Maria Savel Azərbaycanda ötən həftə araşdırmaçı-jurnalist Xədicə İsmayıla, ondan əvvəl isə hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara həbs cəzası verilməsindən yazır. BMT, Avropa Birliyi, «Human Rights Watch» və «Amnesty International» bu məhkəmə hökmlərini pisləyiblər.

«Azərbaycanda insan haqları fəallarına təzyiqlər 2013-cü ildə başlanıb. O zaman prezident İlham Əliyev konstitusiya məhdudiyyətini aradan qaldıraraq üçüncü dönəm ölkə rəhbəri seçilib. «Bu, Azərbaycanın daha demokratiyaya iddialı olmadığının göstəricisi idi», - Karneqi Fondundan Thomas de Waal deyir».

Müəllif həmin seçkidən sonra Əliyevin ölkədə ən tənqidi səsləri təqib etdiyini, seçki müşahidəçiliyi ilə məşğul olanları sıradan çıxardığını yazır. ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosunun ofisi də bağlanıb. «Hökumət xarici müşahidəçilərdən daha yaxşı cavab gözləyirdi». Bunu 1994-1997-ci ildə ABŞ-ın Azərbaycanda səfiri olmuş Richard Kauzlarich deyir. «Bu, baş verməyəndə isə siyasi və insan haqları fəallarına qarşı təzyiq kampaniyası başlandı».

Thomas de Waal
Thomas de Waal

Bu təzyiqlər azərbaycanlıların danışmaq, tənqid etmək imkanlarını zəiflədib, bir sıra fəallar ölkədən çıxmalı olub: «Həbslər dalğası, hökumətin həbsdəkilərin və mühacirətdə olanların ailə üzvlərinə qarşı etdikləri ölkədə hər kəsə dramatik təsir göstərib, tənqidi səslərin ucalmasının qarşısını alıb», - Kauzlarich söyləyir.

Buna da bax: Botanika Bağının ərazisi belə yanır- [video]

Hökumət eyni zamanda Qərbdə nüfuzunu gücləndirməklə məşğuldur. 2014-cü ildə ABŞ-da lobbiçilik fəaliyyətinə 4 milyon dollar xərclənib. Ancaq, deyəsən, Vaşinqtonda lobbiçilik yüksək həddinə çatıb», - de Waal deyir. Ölkənin nəqliyyat nazirinin oğlunun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansının bağlanması barədə şayiələr dolaşır.

Yazıda daha sonra Azərbaycanın avropalı siyasətçiləri susdurmaq üçün «kürü diplomatiyası»na əl atmasından bəhs olunur. Azərbaycanda isə bəzi Qərb fiqurlarına «casus» damğası vurulmaqdadır.

Vaşinqtonun Bakıdan asılılığı azaldıqca, bu ittihamlar da çoxalır. Belə ki, indiyədək ABŞ-Azərbaycan münasibətləri təhlükəsizlik əməkdaşlığına söykənib. Kauzlarich düşünür ki, Əfqanıstandakı durum səngidikcə, Azərbaycanın əhəmiyyəti də azalmaqdadır.

Buna da bax: Piştaxtada 5, kassada 7 manata olan ərzaq...

Avropaya gəlincə, neft-qazın rolu da azalır. «Ola bilsin, 2020-ci ildə Azərbaycan Avropanın qaz təchizatının 2-3 faizini verəcək», - de Waal deyir. Bu halda Qərb Azərbaycanın insan haqlarına təzyiqləri dayandırması üçün nə edə bilər? Yaxın gələcəkdə sanksiyaların olacağı real görünmür. «Məncə, ABŞ və Avropa Birliyi hay-küy qaldırmaqdan başqa bir iş görməyəcək», - Kauzlarich bildirir. Digər tərəfdən Bakıda irimiqyaslı antiamerika kampaniyasını nəzərə alsaq, Qərbin hər hansı tənqidi yalnız ocağı kürəkləyəcək.

De Waal düşünür ki, ABŞ Bakını Rusiyaya sarı qovmaq istəmir.

Bakı antiqərb ritorikası ilə eyni zamanda insan haqlarını tapdaladıqca, bu ölkənin ABŞ və ya AB ilə münasibətlərinin yaxşılaşacağını da gözləməyə dəyməz. Kauzlarich deyir ki, «Azərbaycan müsbət strateji münasibətlər saxlamağa hər hansı meyl göstərməyən bir yola düşüb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG