Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:17

Son illər Neftçalada bir-birinin ardınca baş verən Kür daşqınlarından sonra ilk dəfə 2010-cu ildə bəndvurma işləri aparılıb. Ancaq növbəti daşqınlarda yenə bir neçə kənddə evlər sel suları altında qalıb. Bu səbəbdən ötən il bəndvurma işləri davam etdirilib. Qaraqaşlı, Aşağı Surra, Qardaşbəyli, Beşdəli, Cəngən kəndlərində tikilən, eni 4, hündürlüyü 8 metr olan bəndlər bəzi sakinlərin həyətyanı sahələrinə düşüb.

ŞİKAYƏTLƏRİN FAYDASI YOXDUR

Aşağı Qaramanlı kəndinin sakini Saday Fərəcov AzadlıqRadiosuna danışır ki, həyətyanı sahələri bəndvurma yerlərinə düşən sakinlərə kompensasiya verilməməsi narazılıq yaradıb: «Bələdiyyələr layihələr hazırlayıb dövlət orqanlarına təqdim etməli idilər ki, həyətyanı sahələrinin bir hissəsi əllərindən çıxmış adamlara kompensasiya, yaxud da başqa yerdən torpaq sahəsi ayrılsın. Nə bizim Aşağı Qaramanlıda, nə də Qaraqaşlıda kəndlilərə itirdikləri həyətyanı sahələrə görə hələ də kompensasiya ödənilməyib».

Kəndlilər itirilmiş həyətyanı sahələrə görə dəfələrlə dövlət qurumlarına müraciət ediblər, ancaq faydası olmayıb.

«TƏZƏDƏN BƏRKİDİRLƏR»

Ancaq aşağı qaramanlıların dərdi bununla bitmir. Kəndlilər yeni istifadəyə verilmiş müasirtipli fontan qurğusunda yaranmış problemlərə görə əkin və həyətyanı sahələrini suvara bilmirlər. Kənd sakini İslam Hüseynovun deməsinə görə, bu ilin mayında əvvəlki qurğu onları növbəti dəfə çıxılmaz duruma salıb. Yenisi isə hələ də hazır deyil: «Köhnə qurğu Kürün məcrasından aşağı düşdüyündən su götürmək mümkün deyil. Yeni qurğu 3 il əvvəl istifadəyə verilməli idi. Ancaq hələ də hazır deyil. Qurğularda yenidən bərkitmə işləri aparılır. Səbəb də odur ki, vaxtında qurğunu tikəndə yeyintiyə yol verilib, tikintidə materiallardan xəsisliklə istifadə olunub. Boruların altındakı beton konstruksiya işləri zəif aparılıb. İndi təzədən bərkidirlər».

«KOMPENSASİYA VERİLƏCƏK»

Neftçala rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, həyətyanı sahələrə görə kompensasiya, yaxud torpaq sahibinin digər yerdə torpaqla təmin edilməsinə görə layihə hazırlanmalı və Nazirlər Kabinetinə təqdim olunmalıdır. Bunu kənd bələdiyyələri müəyyən etməlidir.

«Həyətyanı ərazisinin bir hissəsi bənd tikintisi layihəsinə düşən ailələrin sayı çox deyil. Yəqin ki, yaxın vaxtlarda dövlət həmin ailələri kompensasiya ilə təmin edəcək», - qurumdan bildirilib.

Fontan qurğuları ilə bağlı deyilənlərə gəlincə, qurumdan qeyd olunub ki, qurğunun tikintisi uğurlu keçib və yaxın vaxtlarda kəndlilərin istifadəsinə veriləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG