Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:23

Raul Castro: Nə siyasi məhbus?


Raul Castro
Raul Castro

►Kuba lideri siyasi məhbuslara dair suallardan yayınır

Kuba prezidenti Raul Castro bazar ertəsi günü ABŞ prezidenti Barack Obama ilə birgə mətbuat konfransı zamanı CNN müxbirinin siyasi məhbusların niyə azad edilmədiyi barədə sualına cavab olaraq bildirib ki, onun ölkəsində siyasi məhbus yoxdur.

"Hansı siyasi məhbuslar? Mənə ad, ya da adlar verin," deyə Castro müxbirin sualına sualla cavab verib.

"Bu görüş bitəndən sonra siz mənə siyasi məhbusların siyahısını verə bilərsiniz və əgər bizdə o siyasi məhbuslar varsa, onlar bu gecə başa çatana qədər azad ediləcəklər."

Mətbuat konfransından sonra Obama ABC kanalına müsahibəsində deyib ki, o hələ ki, Kastroya dissidentlərin siyahısını verməyib, ancaq keçmişdə belə bir siyahını verib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes də müxbirlərə deyib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqların gedişində 53 siyasi məhbusun siyahısı Kuba hökumətinə ötürülüb. Rhodesun sözlərinə görə siyahıdakı 53 məhbusun hamısı azad edilib.

O əlavə edib ki, Prezident Castro ilə fikirayrılığı ondan qaynaqlanır ki, Kuba tərəfi bu şəxsləri siyasi məhbus hesab etmir. O qeyd edib ki, beynəlxalq prinsiplərə görə, qeyri-zorakı siyasi pozuntulara görə həbs olunmuş şəxslərin həbsinin davam etdirilməsi ədalətsizdir.

Buna da bax: Çexiyada Kreml təbliğatı

Çexiyada Kreml "təbliğatı"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG