Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

Kuba və ABŞ prezidentləri mətbuat konfransında insan haqları, siyasi məhbuslar və Quantanamo barədə kəskin fikir ayrılığı nümayiş etdiriblər

Havanada keçirilən “tarixi mətbuat konfransında” Kuba prezidenti Raul Castro deyib ki, “ona siyasi məhbusların siyahısını versələr,onları elə bu gecə azad edər”.

"Nə siyasi məhbuslar? – deyib Kuba prezidenti sualı verən jurnalistə, - Mənə ad verin, adlarını verin, ya da iclasdan sonra o dediyiniz siyasi məhbusların siyahısını verin və əgər bizdə siyasi məhbus varsa, mən onları hələ səhər açılmamış buraxım”.

Ağ Ev keçmişlərdə belə bir siyahının Kuba tərəfinə təqdim edildiyini dəfələrlə bildirib.

İki prezidentin plakatları Havana küçələrini bəzəyib

İki prezidentin plakatları Havana küçələrini bəzəyib

ABŞ rəsmiləri deyirlər ki, cənab Castro sadəcə olaraq bu siyahıdakıları siyasi məhbus və ya dissident hesab etmir.

Müxbirlər bildirirlər ki, ABŞ və Kuba rəsmiləri arasında ixtilafın kökü elə məhz bu məsələdədir.

Raul Castro həmçinin qeyd edib ki, Kuba üzərindən ABŞ ticarət embarqosunun qaldırılması üçün çox iş görülməli, lakin eyni zamanda Quantanamo körfəzindəki ABŞ saxlama düşərgəsi bağlanmalıdır. Castro “Kuba ərazisinin qaytarılmasını” tələb edib.

Castro Kubada insan haqlarının vəziyyətini müdafiə edib və öz ölkəsi ilə ABŞ arasında mövcud problemlərdən danışıb.

"Biz insan haqlarını müdafiə edirik. Bizim nəzərimizdə vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar ayrılmaz, bir-birindən asılı və ümumidir” – deyib Raul Castro.

“Nəzakətsiz” sual

Media xəbərlərində deyilir ki, cənab Castro adətən jurnalistlərin sərt suallarına cavab verməyə adət etməyib və buna görə də məhbuslara dair sualı “nəzakətsiz” adlandırıb. Konfransı isə “bu qədər bəsdir” nidası ilə bağlayıb.

Raul Castro: o dediyiniz siyasi məhbusların siyahısını verin və əgər bizdə siyasi məhbus varsa, mən onları hələ səhər açılmamış buraxım

Obama Castroya siyasi məhbus siyahısı verəcəyi barədə suala birbaşa cavabdan yayınıb.

O deyib ki, embarqodan və susqunluqdan ünsiyyət və kommunijkasiya daha yaxşıdır.

ABŞ prezidenti həmçinin Kuba üzərindən ticarət embarqosunun nə vaxt götürülə biləcəyi barədə suala da cavab verə bilməyib, lakin bunun çox mühüm məsələ olduğunu bir daha vurğulayıb.

O deyib ki, son 50 ildə baş verənlər hər iki ölkənin maraqlarına xidmət etməyib.

Barack Obama bildirib ki, onun administrasiyası Kuba üzərindən embarqonun qaldırılması üçün əlindən gələni edib, lakib bu barədə qəti qərarı Konqres verməlidir.

“Gərgin və diqqətəlayiq”

ABŞ prezidenti bunu da əlavə edib ki, embarqonun yumşaldılmasına gəlincə isə, bu Kubanın insan haqlarının vəziyyəti sahəsində atdığı addımlardan asılı olacaq.

Cənab Obama izah edib ki, Kuba ABŞ-ın “dərin mövqe fərqinə” malik olduğu yeganə ölkə deyil.

Barack Obama: Mən hər hansı ölkəni dəyişməyə məcbur edə bilmərəm. Bu, son nəticədə ölkənin öz içindən gəlməlidir

Birləşmiş Ştatlar insan haqları məsələsində Çin və Vyetnamla da mövqe fərqlərinə malikdir.

“Kubanın taleyini nə Birləşmiş Ştatlar, nə də hər hansı başqa bir ölkə müəyyən etməyəcək. Kubanın gələcəyi barədə qərarı heç kəs yox, yalnız Kuba xalqının özü qəbul edəcək” – deyib Barack Obama.

“Mən səmimiyyətlə, açıq şəkildə desəm, biz öz inanclarımızı bəyan edə bilərik, lakin mən hər hansı ölkəni dəyişməyə məcbur edə bilmərəm. Bu, son nəticədə ölkənin öz içindən gəlməlidir. Bu, daha faydalı strategiyadır. Mənim insanlara inamım var” – deyib ABŞ prezidenti.

Müxbirlər mətbuat konfransını “gərgin”, lakin “diqqətəlayiq” adlandırıblar.

Kuba rəhbərliyi ölkədə siyasi məhbusların olduğunu qəbul etmir.

Barack Obama yarım əsrdən də uzun müddətdə Kubaya səfər edən ilk ABŞ prezidenti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG