Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:00

Amerikalılar Kubaya axışır


Kubanın paytaxtı Havana sakinləri iki ölkənin münasibətinin yaxşılaşması münasibətilə pəncələrindən bayraqlar asıblar.

Kubanın paytaxtı Havana sakinləri iki ölkənin münasibətinin yaxşılaşması münasibətilə pəncələrindən bayraqlar asıblar.

İndi Kubaya bilet sifariş etmək asandır. Bu həftə, ABŞ və Kuba arasında münasibətlərin tarixi dəyişikliyin birinci ildönümündə aviaşirkətlər iki dövlət arasında kommersiya uçuşlarını planlaşdırmağa başlayıb. Bu o deməkdir ki, amerikalılar tezliklə Havanaya uça biləcəklər.

İndiyə kimi iki ölkə arasında çarter reyslər həyata keçirilirdi.

ABŞ Dövlət Departamentinin nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşı Thomas Engle deyir ki, yeni razılaşmaya görə, gündəlik gediş-gəliş uçuşların sayı 110-a çata bilər. Bu razılaşmaya Kuba paytaxtı Havana ilə ABŞ arasında gündəlik 20 uçuş, ABŞ və adadan tranzitlə 9 beynəlxalq hava limanı arasında 10 gündəlik uçuş daxildir.

“Bu qədər sərnişini qarşılamaq gücü yoxdur”

Engle deyib ki, ABŞ limitsiz uçuşun tərəfdarı olsa da, Kuba limit tətbiqini məqsədəuyğun sayıb, çünki Kuba aeroportunun bu qədər sərnişini qarşılayıb-yola salmaq gücündə olmadığını düşünür.

Turist kimi səyahət etmək istəyənlərə bəzi qadağalar var: ABŞ vətəndaşları ancaq 12 kateqoriya altında Kubaya gedə biləcəklər. Bura təhsil, humanitar, iki xalq arasında əlaqələrin inkişafına kömək etmək məqsədi daxildir.

Kubaya getmək istəyən amerikalı çoxdur

Kubaya carter reysləri həyata keçirən aviaşirkətlər deyirlər ki, tələbat həddindən çoxdur.

Ötən il ABŞ və Kuba bir çox dəyişikliklər ediblər: hər iki ölkənin paytaxtında səfirliklər bərpa olunub, tibbi, turizm və kommunikasiya sahəsində biznes əlaqələri qurublar.

Hər iki ölkə arasında çarter reyslə səyahət edənlər ABŞ tərəfindən diqqətlə yoxlanır. Sərnişinlər viza almalı, viza haqqı ödəməlidirlər.

Yeni razılaşmaya görə, sərnişinlər biletlərini online ala və qeydiyyatdan keçirə biləcəklər.

Ancaq hələ də ABŞ-ın Kubaya ticarətə və səyahətə qadağa qoyan iqtisadi embarqosu qalır. Yalnız Konqres buna son verə və ya dəyişdirə bilər. Ancaq respublikaçılar deyirlər ki, onlar hökumətdə əsas dəyişiklik olmayana qədər bu qadağanı aradan qaldırmaq istəmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG