Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:28

Sarkisyan Kollektiv Təhlükəsizliyin başçısı ola bilmədi


"Yaranmış vəziyyətlə bağlı" Rusiya nümayəndəsi Nikolay Bordyujanın sədrlik müddəti 2017-ci ilədək artırılıb.

Rusiya mediasında yayılan xəbərlərə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yekdilliklə hazırkı baş katib, Rusiya nümayəndəsi Nikolay Bordyujanın sədrlik müddətini 2017-ci ilədək artırıb.

Beləliklə, rotasiya üzrə baş katibliyi qəbul etməli olan Ermənistan prezidenti Serj Sarkisyan azı bir il gözləməli olacaq.

Sarkisyan bildirib ki, bu, KTMT-də bir sıra təşkilati məsələlər, o cümlədən katiblikdə kvota vəzifələrinin yaradılması ehtiyacı ilə bağlıdır.

Nikolay Bordyuja
Nikolay Bordyuja

Maraqlıdır ki, dekabrın 21-də KTMT-də bu qərar qəbul edilələrkən təşkilatın “dar çevrədə” keçirilən görüşündə Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

Vəzifə müddətinin bir il artırılmasının səbəblərini Nikolay Bordyujanın özü də izah etməyə çalışıb.

O deyib ki, 2016-cı ildə KTMT rotasiyalı sədrlik sisteminə keçməli və Ermənistan prezidenti Serj Sarkisyan baş katib olmalı idi, “lakin vəzifələrin bölüşdürülməsi zamanı qarşıya çıxmış problemlərlə, habelə yaranmış vəziyyətlə, o cümlədən Suriya böhranı ilə bağlı” sədrlikdə dəyişilik etməmək barədə prezidentlər səviyyəsində yekdil qərar qəbul olunub.

Elə bu görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət də müzakirə olunub.

Bütün Qafqaz partlaya bilər

“Biz bu gün, həm də Qafqazda baş verən hadisələri böyük həyəcanla izləyirik, - deyib Bordyuja, - Söhbət xüsusilə də Dağlıq Qarabağ münaqişəsindən və təmas xəttindən gedir. Orada artıq ağır silahlardan və tanklardan istifadə olunur”.

Bordyuja: Söhbət xüsusilə də Dağlıq Qarabağ münaqişəsindən və təmas xəttindən gedir. Orada artıq ağır silahlardan və tanklardan istifadə olunur

KTMT baş katibinin sözlərinə görə, “kifayət qədər qaynar vəziyyətdə olan münaqişənin tammiqyaslı müharibəyə çevrilməməsi üçün təşkilatın bütün siyasi resurslarından istifadə edilməlidir”.

“Bu gün, bu çox qorxulu bir perspektiv olardı, çünki bütün Qafqazı partlada bilərdi” – deyib Bordyuja.

O deyib ki, münaqişə bütün siyasi vasitələrlə, xüsusilə də prezidentlərin nüfuzundan istifadə edilməklə həll olunmalıdır.

Bordyuja bir daha münaqişə tərəflərini ağır silahlardan istifadədən çəkinməyə çağırıb.

Rusiyanın təşəbbüsü ilə 2002-ci ildə yaradılmış KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan daxildir.

Özbəkistan bu təşkilatda üzvlüyünü 2012-ci ildə dayandırıb.

2015-ci il ərzində KTMT rəhbərliyi səviyyəsində verilmiş bəyanatlarda təşkilatın Dağlıq Qarabağ münaqişəsinə yalnız siyasi perspektivdən yanaşdığı ifadə olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG