Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:01

Polis gənci və onu müdafiə edənləri 'krestit' etməkdən danışıb


Giyaseddin İbrahim and Bayram Mammadov (R)
Giyaseddin İbrahim and Bayram Mammadov (R)

Gənc fəalın istintaqında üzləşmə zamanı polislərlə mübahisə düşüb

Sentyabrın 22-də Bakı İstintaq Təcridxanasında gənc fəal Bayram Məmmədovun cinayət işi ilə bağlı istintaq hərəkətləri aparılıb.

Bu haqda gənc fəalın vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, istintaq hərəkətləri zamanı gənc fəalla polis əməkdaşları Şirəli Babayev, Naib Ömərov, Fərid Babayev və hal şahidi Nizami Quliyev üzləşdirilib.

Polis dedi ki, “Bayram Məmmədovu, onu öyrədənləri, müdafiə edənləri “krestit” etmək lazımdır”

“Bayram Məmmədov həmin polis əməkdaşlarının işgəncəsinə məruz qalması barədə ifadəsini elə ona işgəncə verən şəxslərin üzünə dedi”, söyləyən vəkil qeyd edib ki, üzləşmə zamanı mübahisə yaşanıb.

Buna da bax:​ Vəkil: 'Gənclərin hüquqları pozulur'

O üzləşmədə mübahisəni belə nəql edib.

Polislərdən Şirəli Babayev üzləşmə zamanı bildirdi ki, “Bayram Məmmədovu, onu öyrədənləri, müdafiə edənləri “krestit” ( xaçlamaq – red.) etmək lazımdır”. Onun bu ifadələrinin protokollaşdırılması zamanı mübahisə baş verdi, bizə hücum cəhdi etdi. Təcridxana əməkdaşları onu otaqdan çıxardılar”, vəkil bildirib.

Vəkil istintaq hərəkətlərinin davam etdiriləcəyini qeyd edib.

istintaq hərəkətləri zamanı gənc fəalla polis əməkdaşları Şirəli Babayev, Naib Ömərov , Fərid Babayev və hal şahidi Nizami Quliyev üzləşdirilib.

Vəkilin üzləşdirmə ilə bağlı dediklərinə Şirəli Babayev və digər polislərin mövqeyini öyrənmək mümkün olmayıb.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Buna da bax:​ Məhkəmələr gənc fəalların iddialarını rədd etdi

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi bildirilir.

Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Buna da bax:​ Ombudsman Aparatı 'işgəncə yoxdur' deyir, vəkil razılaşmır

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi bildirilir.

Q. İbrahimovun işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baxılır. O da məhkəmədə qeyd edib ki, məhz Heydər Əliyevin abidəsinin üzərinə şüar yazdığına görə həbs edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG