Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:09

Kreml Qərbin söz azadlığından öz maraqları üçün yararlanır


David Kramer, Qazaxıstan, 25 iyul 2012
David Kramer, Qazaxıstan, 25 iyul 2012

Qərb ekspertlərinin fikrincə, təbliğatçı KİV-lərin xaricdən maliyyələşdirilməsi qnunvericilik yolu ilə məhdudlaşdırmaq, ancaq demokratik dəyərlərə inama xələl gətirməmək üçün ehtiyatlı davranmaq lazımdır.

"Rusiya Suriyada kaset bombalarından istifadə etmir", "Estoniyada rus soyadlarından istifadə qadağandır", "ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul bildirib ki, ABŞ Rusiyanı idarə etməlidir".

Bunlar Rusiya KİV-lərində dərc olunan xəbər başlıqlarının yalnız kiçik bir hissəsidir. Avropa və Amerika siyasətçiləri, eləcə də ekspertlər əmindirlər ki, Rusiya mediası paralel reallıq yaradır və Qərb ölkələrində ictimai rəyə təsir göstərməyə çalışır.

“Kreml... ABŞ hökumətinə inamı sarsıtmaq istəyir”

McCain İnstitutundan David Kramer-in fikrincə, Kreml Qərbdəki söz azadlığından öz maraqları üçün yararlanaraq, ABŞ hökumətinə inamı sarsıtmaq istəyir.

Russia Today
Russia Today

"Məsələn, "Russia Today"in ABŞ-dakı əməkdaşları, adətən, jurnalistlərlə ABŞ dövlət qurumlarının mətbuat katibləri arasındakı dialoqun bir hissəsi olmağa çalışır və insanların şüuruna şübhə toxumu səpməyə cəhd edirlər. Guya, hökumət həqiqəti demir və guya, hansısa başqa bir həqiqət var. Biz “Amerikanın Səsi”, AzadlıqRadiosu, “New York Times”, yaxud “Washington Post” kimi əsl jurnalistlərlə "Russia Today""Sputnik"də işləyən insanlar arasında sərhəd qoymalıyıq", - Kramer belə deyir.

“Rusiya təbliğatı Avropa Birliyinə təhlükədir”

Atlantik okeanının o biri tayında təbliğat və dezinformasiyaya dirəniş strategiyasını gerçəkləşdirməyə başlayırlar. Avropa Parlamentinin noyabrın sonunda qəbul etdiyi qətnamədə deyilir ki, Rusiya təbliğatı Avropa Biriliyinə (AB-yə) təhlükədir və "həqiqəti təhqif etməyə, Birlik ölkələri arasında nifaq toxumu səpməyə, AB və onun Şimali Atlantik tərəfdaşları arasındakı strateji birliyi zəiflətməyə can atır".

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov bildirir:

Daniel Mitov
Daniel Mitov

"Biz bir növ "posthəqiqətlə" üzləşmişik. Avropalıların qarşısına paralel reallıq yaradan və vətəndaşların nəyin doğru, nəyin yalan olduğunu anlamasını əngəlləyən dezinformasiya çıxarılır...Bizim səylərimiz belə mənbələri müəyyənləşdirməyə, insanların onlara şübhə etməsinə yönəldilməlidir. Üstəlik, qəti bildirməliyik ki, söz azadlığından sabitliyi pozmaq üçün istifadə edilə bilməz".

Ukraynada sözdən əmələ keçiblər

Buradakı jurnalistlər Rusiyanın Ukrayna ilə bağlı təbliğatının yaratdığı mifləri -uydurmaları dağıtmaqla məşğul olan resurs yaradıblar.

"Ukrayna ilə bağlı təbliğat onun qabiliyyətsiz dövlət olmasını göstərməyə yönəlib. Xəbərlərdə Ukraynanın idarəçilik sahəsində üzləşdiyi çətinliklərdən, ölkənin müxtəlif hissələrinin, guya, əsas dövlətdən ayrılmasından, muxtariyyətlərdən söz açılır... Sonradan bütün bu xəbərlər təsdiqini tapmır. Onlar hansısa faşist və benderçilər barədə xəbərlərlə ukraynalıları qeyri-humanist tonlarda qələmə verməyə çalışırlar", - "Stop Fake" kampaniyasının həmtəsisçisi Margo Gontar "Amerikanın Səsi"nə belə deyib.

Moska, Anti müharibə marşı,21 sentyabr 2014
Moska, Anti müharibə marşı,21 sentyabr 2014

Demokratik dəyərlərə xələl gətirməmək üçün...

Qərb ekspertlərinin fikrincə, belə KİV-lərin xaricdən maliyyələşdirilməsi qnunvericilik yolu ilə məhdudlaşdırılmalıdır. Ancaq demokratik dəyərlərə inama xələl gətirməmək üçün ehtiyatlı davranmaq lazımdır. Söz azadlığı bu dəyərlərdən biridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG