Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

Kremlin elektron poçtunun qurulmaqlığı


Putin və baş nazir köməkçisi Vladislav Surkov (solda)

Putin və baş nazir köməkçisi Vladislav Surkov (solda)

Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşı bu haqda “Currentime TV”-yə danışıb

Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov Rusiya prezidentinin köməkçisi Vladislav Surkov-a məxsus olduğu söylənilən elektron poçtun “sndırılması” barədə deyilənlərə artıq ikinci dəfə şərh verməli olub. Akkauntun sındırılmasını qeyri-rəsmi haker qrupu “Kiberxunta” açıqlayıb.

“Bu o deyil. Üstəlik, onu da deyə bilərəm ki, o, elektron poçtdan yararlanmır. Bu səbəbdən, bu sənədi yayan adam əməlli-başlı tər tökməli olub”, - Peskov belə deyib və hakerlərin yaydığı sənədi “maraqlı” adlandırmağı da unutmayıb.

“Şatun” planı saxtadır, ya gerçək?

Özü də söhbət bir sənəddən getmir. “Kiberxunta” saytda iki dəfə sənəd yayıb. Oktyabrın 26-da saytda Ukraynada sabitliyin pozulması məqsədilə hazırlanmış “Şatun” adlı plan yerləşdirilib. Ancaq sonra Rusiyanın dövlət qurumlarına məxsus serverdən - gov.ru portalının elektron qutusundan çoxsaylı məktublar yayıblar.

“Atlantic Council” Mərkəzinin tədqiqatçıları hakerlərin ortaya çıxardığı sənədləri araşdıraraq, onların həqiqliyini təsdiqləyiblər. Ancaq söhbət ikinci dəfə yayılan sənədlərdən gedir. “Şatun” adlı plandan bəhs edən sənədə gəlincə, onun saxta olması da mümkündür.

Politoloq, Kremlin daxili siyasət idarəsinin keçmiş əməkdaşı və Rusiya Prezident Administrasiyasının işgüzar yazışma üslubuna bələd olan şəxs kimi Qleb Pavlovskiy “Currentme TV”yə müsahibə verib.

Gleb Pavlovsky

Gleb Pavlovsky

Ondan “Şatun” adlı sənəddə nəyin gerçək olduğunu, nəyin şübhə doğurduğunu, qısası, bu sənədin gerçək, yaxud saxta olub-olmadığını soruşublar.

“Sizə deyim ki, yaranan ilk təəssürat belədir: Bu sənəd məşhur “Dalles planı”nın oxşarıdır, onu Rusiyada müzakirə etməyi çox sevirlər və məlum olduğu kimi, söhbət yazıçı İvanov-un əsərindən gedir.

Bu, kiminsə məkrli planlarının necə yazıldığını xəyalında canlandırmağa çalışan birinin yazdığına bənzəyir.Və onun janrı, təəssüf ki, bu gün Rusiyanın kitab mağazalarının rəflərini dolduran Ukraynaya dair makulatura arasında təbii görünərdi, amma “pulp fiction”dır (“xəyali cinayət” və ya “bir hovurda oxunan kriminal əsər” anlamı veir – red.). Səhifələri oxuduqca onun saxta olduğunu hiss edirsən”, - Pavlovskiy belə deyib.

O, “Şatun”a baxışını bu şəkildə davam etdirib:

“Bunun nə plan olduğunu bilmirəm. İstisna etmirəm ki, hansısa zırrama belə bir plan yazıb Surkov-a yollaya bilər.Nə isə, bilmirəm, ancaq siyasi planlar belə yazılmır”.

Kremlə məktub yetişmir, qüllələrin birindəcə zibilliyə atılır

Pavlovskiy-in sözlərinə görə, Surkov-a məktub göndərmək yetərincə mürəkkəbdir. 2011-ci ilədək Kremldə işləyən politoloq, sadəcə, “kağızları gətirdiyini, amma onları göndərmədiyini” deyir:

“Çünki Surkov-un elektron yazışma ilə arası yoxdur”.

Jurnalistin “Bu sənədlərlə ünsiyyətin başqa bir mədəniyyət formasıdır?” sualına cavab olaraq Qleb Pavlovskiy deyir ki, bəlkə də Surkov indi özünü başqa cür aparır, “ancaq heç kim Kremldə qəbul məntəqəsindən və məktubların qəbul olunduğu kompüterdən o yana məktub göndərə bilməz”. O, Prezident Administrasiyasındakı məsul şəxslərin heç birinin sözügedən kompüterə çıxışının olmadığını da vurğulayır.

Bəs bu “kompüter”ə gələn məktublara nə olur, onları kimsə çeşidləyir, araşdırırmı? Qleb Pavlovskiy deyir ki, “bu, məlum zibil yeşiyidir”. O, bura milyonlarla məktub gəldiyini, amma elə oradaca it-bata düşdüyünü gizlətmir:

“Əvvəllər o Kremlin bir qıraq qülləsində yerləşirdi. Məncə, bundan kənara da çıxmırdı. Sonrasa hər şey zibil qabına gedirdi. Xatırlayıram ki, təxminən 10 il öncə Kremldən kənarda işlədiyimizdən, ora nəyi necə göndərməklə bağlı problemlərimiz vardı. Ümid edirəm, onlar artıq bu problemi çözüblər, ancaq çətin ki “Şatun planı” bu yolla onlara gəlsin”.

Günün bütün mövzuları

XS
SM
MD
LG