Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Azərbaycanın“Şimal-Cənub” dəmiryolu layihəsi və ölkənin dəmiryolu sektorunun inkişafından ötrü kredit axtarışında olduğu bildirilir.

Bu məqsədlə 200 milyon dollar həcmində kredit alamaqdan ötrü Asiya İnkişaf Bankına (AİB) üz tudulduğu qeyd edilir.

Bu haqda "Turan" informasiya agentliyi həmin banka istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bankın müvafiq qurumları payızda kredit ayrılması məsələsini nəzərdən keçirəcək.

Bununla əlaqədar noyabrın 14-dən 25-nə kimi AİB-in missiyası Azərbaycana səfər edib gərəkli informasiyaları toplamalıdır.

“Şimal-Cənub” dəmiryolu layihəsi İranla Azərbaycanın dəmir yollarının 2016-cı ilin sonunadək birləşdirilməsini nəzərdə tutur. Bu ilin fevralında İran və Azərbaycan prezidentləri bununla bağlı razılaşma əldə ediblər.

“Şimal-Cənub” dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməlidir. Rəşt-Astara dəmiryol sahəsi də Azərbaycan, İran və Rusiya dəmir yollarını qovuşdurmalıdır.

Azərbaycan bu layihə çərçivəsində öz ərazisində 14 kilometr dəmiryol xətti çəkməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG