Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 10:37

Azərbaycanda 4 özəl kredit bürosunun yaradılması planlaşdırılır.

Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İsveçrənin «Creditinfo Group» təşkilatının nümayəndələri ilə büroların yaradılması məsələsini müzakirə edib.

«Turan»ın məlumatına görə, görüşdə ölkədə özəl kredit bürolarının yaradılması üzrə fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb.

Buna qədər «Creditinfo Group» Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edib.

KREDİT BÜROSU NƏDİR?

Büro kredit alan və ya almaq üçün müraciət edən müştərilər barədə banklardan məlumatlar toplayır və əldə olunan məlumatları emal edir. Ümumiləşdirib qruplaşdırandan sonra müştərilər barədə kredit hesabatlarını (tarixçəsini) banklara satır. Kredit bürosunun iş prinsipini qarşılıqlı əlaqə-məlumat mübadiləsi, məlumatların etibarlılığı və həqiqiliyi, neytrallıq, məlumatların maksimum səviyyədə təhlükəsizliyi təşkil edir.

Kredit bürosu hüquqi və fiziki şəxslərin keçmiş və cari kreditləri barədə bütün məlumatların saxlanıldığı bir təşkilatdır. Kredit bürosu potensial borc götürənlər barədə kredit təşkilatının məlumatlılığını artırır. Kreditin qaytarılması barədə daha dəqiq proqnozlar verməyə imkan yaradır.

Bu qurumlar bir növ borc götürənlər üçün nizam-intizam mexanizmi rolunu oynayır və burada yaxşı kredit tarixçəsi nüfuzlu təminat deməkdir. Həmçinin, kredit bürosu kredit təşkilatlarının müştərilərin üzərinə qoyduqları informasiya xərclərini azaltmağa kömək edir. Müştərilərə göstərilən xidmətin keyfiyyətini artırır və bunun nəticəsində də kredit təşkilatları üçün yeni, pozitiv müştərilər cəlb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG