Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:29

-

Mayın 26-da Nərimanov Rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan iş adamlarının həbs müddəti uzadılıb.

Bunlar “Bermud City” MMC-nin rəhbəri, “CityTV” televiziyasının direktoru Səməd Sadıqov, “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənovdur.

“Report”un xəbərinə görə, onların həbs müddəti 2016-cı il sentyabrın 2-nə kimi uzadılıb.

Həmin şəxslər 2015-ci ildə həbs ediliblər.

Həbs müddətləri bir neçə dəfə uzadılıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Beynəlxalq Bankdan kredit götürüb qaytarmamağa görə hazırda 20-yə qədər şəxs həbsdədir .Bəzi iş adamları isə bu işə görə, axtarışa verilib.

Ötən il bir sıra iş adamları isə tutulub, bir müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlansalar da, sonradan sərbəst buraxıldılar. Mətbuatda onların kredit ödəmələrini həyata keçirdikləri bildirilirdi. Hazırda Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də həbsdədir.

Mətbuatın yazdığına görə, istintaq işində bankdan 100 milyonlarla kreditin götürülüb qaytarılmamasından gedir.

Buna da bax: İpoteka şərtləri çətinləşir

Günün bütün mövzuları

XS
SM
MD
LG