Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

Azərbaycanda da korrupsiya ilə mübarizə başlanır?


Müdirinin korrupsiya ilə məşğul olduğuna əminsənsə, ondan şikayət elə. Anonimliyin qorunacaq.

Deputatlar "Korrupsiya ilə mübarizə haqqında qanunu"na əlavə ediblər.

Tənqidçilərsə deyirlər ki, bu əlavə işlək olmayacaq. Birincisi ona görə ki, indiyə qədərki təcrübəni nəzərə alanda əminliklə demək olmaz ki, şikayətçini işdən atmayacaqlar və ya cəzalandırmayacaqlar.

İkincisi isə budur ki, hökumət indiyə qədər sızdırılan və ya açıq danışılan korrupsiya məlumatlarına biganə olub.

Buna da bax:​ "Hökumət korrupsiya haqqında qanunun işləməməsi üçün hər şeyi edib"

Hüquqşünas Müzəffər Baxışov deyir ki, Azərbaycan sistemi korrupsiya ilə idarə olunur və korrupsiya dövlətin idarə olunmasında əsas amildir: "Qanuna əlavə isə gözdən pərdə asmaqdır".

“Azərbaycanda korrupsiya qeyri-əxlaqi hadisə sayılmır”

Hüquqşünas Ələsgər Məmmədli yazır ki, bu, yaxşı ideyadır, amma İnzibati Xətalar Məcəlləsində bənzər bənd var idi, 2016-cı ildə çıxarılmışdı.

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır. 167 ölkə arasında 119-cu yerdədir. başqa sözlə korrupsiya geniş yayılıb. Xarici media daha çox Azərbaycan prezidentinin ailəsinin korrupsiyaya bulaşdığını yazır. Həmin korrupsiya siyahısında Gürcüstan 52-ci yerdədir. Bəs necə oldu ki, qonşu belə inkişaf edə bildi?

Buna da bax:​ Korrupsiya ilə mübarizədə 'Sizif” əməyi'...

Gürcü polisi daha pul götürmür

Gürcü ekspertlər də, beynəlxalq təşkilatlar da deyirlər ki, sadə gürcülər indi korrupsiyanı hiss eləmirlər. Başqa hökumət idarələrindən də pul yığışdırılıb.

2013-cü ildə gürcülərin cəmi 4 faizi dövlət orqanlarına rüşvət verdiyini deyirdi. Bu inkişaf keçmiş prezident Mixail Saakaşvilinin adı ilə bağlanır.

AzadlıqRadiosu-nun gürcü xidmətinin əməkdaşı Koba Liklikadze deyir ki,

Saakaşvilinin birinci işi məmurların maaşını qaldırmaq olmuşdu. Gürcüstanda korrupsiya ilə bağlı vəziyyət dərhal dəyişmədi:

“Ədliyyə nazirliyi, polis, hökumət idarələri işçilərinin maaşları artırıldı. Əlbəttə ki, 100 dollar alan məmur potensial olaraq korrupsionerdir. Ofislərdə kamera quraşdırdılar. Məmurlar özləri rüşvət alan məmurlar haqqında informasiya ötürməyə başladılar”.

Liklikadze deyir ki, yuxarı dövlət aparatında korrupsiya hələ də qalır.

Başqa bir vacib məqam adı korrupsiyada keçən məmurların həbs olunması oldu.

Buna da bax: "Cavid Qurbanovun dediyi yeyintiləri araşdırsınlar da"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG